Cəmiyyət sabitliyin dəyərini bilir
Tarix: 10.06.2019 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Xaosun dağıtdığı dövlətlər hələ də bərpa oluna bilmir


Bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da fərqli fikrə, alternativ fikrə və ümumilikdə demokratik dəyərlərə hörmətlə yanaşılır, ortaya normal demokratik dəyərlər, siyasi mübarizə qoyanlara isə hər mənada şərait yaradılır. Bunu xalq da, hakimiyyət də dəstəkləyir inkişafı məhz cəmiyyətimizin, dövlətimizin irəli getməsinə şərait yaradan normal demokratik dəyərlərdə görür. Ancaq çox təəssüf ki, bu gün demokratiya adından istifadə edən bir kəsim də formalaşıb. Daha doğrusu, müxalif bir kəsim var ki, bu gün onlar hər cür radikal yönlərə meyil edirlər. Əvvəllər bu cür mövqe sərgiləyən ənənəvi müxalifət nümayəndələri idisə, son iki-üç ildə Anti-Azərbaycan dairələrin plan və layihələrinə uyğun olaraq, xüsusi mühacir dəstələr formalaşdırılıb. Bəli, məhz formalaşdırılıb... Çünki nə qədər səmimi görünsələr də, ayrı-ayrılıqda mübarizə apardıqlarını göstərməyə çalışsalar da, bir qazana başı sığmayan bu “qoç”lar ara-sıra qrant davalarına çıxaraq özlərini ifşa edirlər. Yəni vahid mərkəzdən və ya maliyyə yardımları ayıran qaranlıq dairələrdən idarə olunduqlarını açıb ortaya qoyurlar. Bəlkə də bütün bunlar normal görünə bilərdi. Ortaya maliyyə hesabatları, konkret hansı siyasi fəaliyyət və ya sosiallıqda hansı işlərin görülməsi ilə bağlı şəffaf sənədlər və ya hərəkət planları qoysaydılar. Maraqlıdır ki, bu mühacir dairələr, gah qrantla yaşamadıqlarını, fəaliyyət göstərmədiklərini deyirlər, gah da qrant aldıqları üzə çıxanda buna düz-əməlli izah verə bilmirlər. Ortada Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında olan məşhur söyüş qalmaqalı kimi fakt, hadisə də var... Əlbəttə, Azərbaycan cəmiyyətini bu cür adamlar, 90-cı illərin əvvəllərində ölkəni xaosa sürükləyən ən uğursuz hakimiyyət nümayəndələrini xatırladan söyüşcül dəstənin fəaliyyəti maraqlandırmır. Çünki bu adamların böyük əksəriyyəti nəinki xalqımıza, cəmiyyətimizə, milli dəyərlərimizə və mentalitetimizə hörmət etmir heç özlərinə, öz yaxınlarına belə, yeri gələndə dəyər vermirlər...
Keçək əsas məsələyə. Cəmiyyətimizi narahat edən bu şəxslərin vətənlərinə dəyərsiz yanaşmalarının əlaməti kimi, onların tez-tez inqilab çağırışlarını gündəmə daşımalarıdır. Belə ki, son zamanlar ölkə xaricində və daxilində fəaliyyət göstərən bəzi müxalif qüvvələrin ritorikasında inqilab çağırışları yenidən yer tutmağa başlayıb. Əvvəllər Qərbdə bəzi xaosda maraqlı olan dairələrin yazıb hazırladıqları planlar üzrə baş verən müxtəlif rəngli inqilablar, “ərəb baharı”nın da Azərbaycanda təkrarlanmasına çalışan, arzulayan müxalifət bu gün daha çox bu radikal yollara meyilli görünməyə başlayıb. Çünki sivil yolla-seçki ilə hakimiyyətə gəlməyin çətin olduğunu anlayan müxalifətçilər sosial bazalarının zəif olmasını görərək, cəmiyyəti aqressivləşdirməyə, insanlarımızı xaosun ölkəmizə, guya müsbət dəyişikliklər verəcəyinə inandırmağa çalışırlar. Xüsusən də son dönəmlərdə xaricdə mühacir həyatı yaşayan bəzi siyasətdən bixəbər olan gənclərin, 5-ci kolonun fəal üzvlərinin leksikonunda xaos, çevriliş və s. kimi radikal çağırışlar daha aktiv eşidilməyə başlanılıb. Məsələn, Orduxan Temirxan son statuslarının birində öz dilimizdə deyil, məhz xarici dildə inqilabın qaçılmaz olduğunu qeyd edərək, milləti xaosa səsləyib. Ümumiyyətlə, hər kəsə bəllidir ki, heç bir maliyyə yardımı, qrant, çirkli, qaranlıq mənbələrdən gələn ianələr səbəbsiz, təmənnasız verilmir, ödənilmir. Mühacirlərin “pulu almısansa, mənim dediklərimə, planlarıma uyğun hərəkət etməlisən” prinsipi ilə hərəkət edən ağaları indiki mərhələdə bu ucuz oyunçular-mühacirlər vasitəsilə insanlarımızın, xüsusən də gənclərimizin beynini bu cür aqressiv yanaşmalar, düşüncələrlə doldurmaq istəyirlər. Hələ “ərəb baharı” başlayarkən o ölkələrin sosial şəbəkələrində insanları küçələrə səsləyən bu cür “fəal”ların heç biri sonda ölkələri viran qalanda, və ya inqilab baş verib daha pis idarə üsulu, iqtisadi tənəzzüllər baş verəndə ortaya çıxmadılar... İndiki halda Orduxanlar, Məhəmməd Mirzəli və ya Tural Sadıqlılar, eləcə də Sevinc Osmanqızı və ya daxildəki Gültəkinlər, Əli Kərimlilər üçün də əsas qayə, məqsəd, nəyin bahasına olursa olsun, ölkəni xaosa sürükləməkdir. Təsadüfi deyil ki, bu gün müxalifətdə qalan 90-cı illərin uğursuz, o zaman ölkəni uçuruma sürükləmiş əksər müxalifətçilərinə elə müxalifət daxilindən ciddi tənqidlər gəlir. Ramiz Yunus 4 iyun hadisələri haqqında danışarkən dəfələrlə qeyd etdi ki, həmin şəxslərin əksəriyyəti bu gün nə lider, nə normal siyasətçi ola bilməz, meydanı yeni nəslə, gənclərə verməlidirlər. Bu gün də 90-ların təsadüfi siyasətçilərini xatırladan Orduxanlar da elə Əli Kərimlilərlə yaxşı tapışdıqlarını “inqilab”, “çevriliş” çağırışları və ya küçə səviyyəsində olan təhqiramiz ifadələrlə aparılan mübarizə ilə göstərmiş oldular. Amma Azərbaycan cəmiyyəti sabitliyə, normal siyasi mübarizə üsullarına və sağlam düşüncəyə söykənən alternativ fikrə və bu fikirlərlə hərəkət edən siyasət adamlara dəyər verir. Bu, daim belə olub, bundan sonra da belə olacaq. Çünki cəmiyyətimiz gözəl görür və anlayır ki, müasir dünyamızda demokratik inqilab adı ilə başlayıb, sonradan elə həmin dövlətlərin məhvi ilə bitən proseslər kifayət qədərdir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info