Ermənistan atşkəs və sülh danışıqları istəmir: beynəlxalq ictimaiyyət təxribatlara sərt reaksiya verməlidir
Tarix: 10.06.2019 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib


Təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə ATƏT Minsk qrupu həmsdrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərov qətlə yetirilmısdi. Hazırda XİN rəhbərlərinin görüşü ərfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının konstruktiv məcrada davam etdirilməsini istəmir. Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı. İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər. Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əmliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib. Hansı ki, baş nazir Nikol Paşinyan ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən təmas xəttindəki təcavüzkar əməllər, Azərbaycan ordusunun zabitinin vurulması barədə xatırladaraq, ondan Düşənbə razılaşmalarının pozulması barədə soruşan jurnalistə cavabında bu əməlləri inkar etməyə çalışmışdı. Paşinyan demişdi ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və “atəşin erməni əsgərləri tərəfindən açılmadığı” təsdiqlənib. Və həmin dəlillər Azərbaycan tərəfinə də verilib.
Əlbəttə, Ermənistan baş nazirinin bu dedikləri absurd idi və söhbət xüsusi təyinatlı snayper tərəfindən həyata keçirilmiş təcavüz aktından getdiyi üçün “silahların yoxlanılması” barədə deyilənlər məsuliyyətdən yayınmağa hesablanmışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır v sülh danışıqlatının imitasiyasdır. İndi isə budur, Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. İstənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir.
Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar
22.10.2019
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22.10.2019
Ermənistanda müəllimlər də işsizlər cərgəsinə qoşulublar
22.10.2019
Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info