Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib
Tarix: 10.06.2019 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Almaniyanın Braunlage şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib. Tədbiri açan təşkilatın sədri Seymur İbrahimov hesabatı təqdim edib. Toplantıya Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları da qatılıblar. Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan komitə sədri Azərbaycanın dövlətçilik tarixinə də nəzər salıb, Prezident İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub və layihələr barədə məlumat verilib. Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı çıxış edib. Qeyd olunub ki, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda, yerli tələbələrlə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Bundan başqa, alman dilinə tərcümə olunan Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Toplantı iştirakçıları müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Hesabat yığıncağı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə keçirilib. Braunlage şəhərində keçirilən toplantının davamında Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib və Şuranın gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr də aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info