İtaliya Nazirlər Şurasının Prezidenti İlham Əliyevə təşəkkür edib
Tarix: 12.08.2013 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Avqustun 11-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olub.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta bəyanatlarla çıxış ediblər.
İtaliya nümayəndə heyətini bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu tarixi səfərə Azərbaycanda böyük önəm verildiyini deyib və bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Azərbaycan ilə İtaliyanın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı bildirib ki, hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev bu səfərin iqtisadi əlaqələri daha da şaxələndirməyə imkan verəcəyini, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın münasibətlərimizdə yeni səhifə açdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Prezident İlham Əliyev mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya ətraflı məlumat verdiyini deyən Prezident İlham Əliyev sonda bu səfərin ikitərəfli əlaqələrə daha da təkan verəcəyinə əmin olduğunu bildirib.
İtaliya hökuməti başçısının Azərbaycana ilk səfərinin uğurla keçdiyini deyən Enriko Letta bunu İtaliyanın ölkəmizə verdiyi əhəmiyyət kimi xarakterizə edib. Enerji sahəsində əməkdaşlığın önəminə toxunan Enriko Letta Transadriatik qaz kəmərinin regionda və beynəlxalq miqyasda rolunu vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan olacaq bu layihəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Yaxın vaxtlarda İtaliya şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəyini və bunun ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyən Enriko Letta bildirib ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu deyən İtaliya hökumətinin başçısı ölkəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini vurğulayıb.
Sonra jurnalistlərin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info