Tbilisidə kibertəhlükəsizlik mövzusunda beynəlxalq seminar keçirilir
Tarix: 11.06.2019 | Saat: 08:14:00 | E-mail | Çapa göndər



İyunun 10-da Tbilisidə ilk dəfə olaraq “Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizlik” mövzusunda seminar işə başlayıb.
AZƏRTAC Gürcüstanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, seminar kibertəhlükələrə qarşı mübarizə, kibertəhlükəsizliyin gücləndirilməsi və bu barədə məlumatlılığın artırılması mövzularına həsr olunub.
İki gün davam edəcək tədbirdə Gürcüstan ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Ukrayna və Litvadan olan nümayəndələr kibertəhlükəsizlik sahəsində təcrübələrini bölüşəcək və müzakirələr aparacaqlar.
Seminar Gürcüstanın Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik bürosu, Litva Respublikasının və Avropa İttifaqının Xarici əlaqələr xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, kibertəhlükəsizlik mövzusunda seminar Gürcüstanda ilk dəfədir keçirilir. Gürcüstanın müdafiə naziri Levan İzorianın qərarı ilə 2019-cu il ölkənin Müdafiə Qüvvələrində “Kibertəhlükəsizlik ili” elan olunub.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info