Çörəyin bahalaşması erməniləri şoka saldı
Tarix: 12.08.2013 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Ermənistanda hər şey, hətta bu gün ölkədə ən vacib qida məhsulu olan çörək də bahalaşır. Bu ölkənin milli statistika komitəsinin verdiyi məlumata görə, bu ilin iyul ayında iyunla müqayisədə çörəkdə bahalaşma müşahidə olunur. Bundan əlavə, qarabaşaq, makaron məhsulları, düyü, manna yarması və uşaq qidalarında da qiymət artımı var.
Ermənistan iqtisadçıları qiymət artımını qaz və elektrik enerjisinin tariflərinin artması ilə əlaqələndirirlər. Bəzi ekspertlər isə ərzaq məhsullarında daha kəskin qiymət artımının qış aylarında olacağını proqnozlaşdırırlar. Onlar artımı hazırda bu bədbəxt ölkədə gün-gündən qiyməti artan ət məhsullarını əvəz edən tərəvəzlərin çatışmazlığı ilə əlaqələndirirlər.
Artıq sadə vətəndaşlar əsas ərzaq sayılan çörəyin belə kəllə-çarxa qalxmasından şoka düşdüklərini də gizlətmirlər.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin vəd etdiyi qaz və elektrik enerjisi xərcini kompensasiya etmək üçün nəzərdə tutulan xüsusi məbləğ də əhaliyə çatmayıb.
Görünür, hakimiyyət başında duranlar bunu sadəcə unudublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info