“Azexport” portalı “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərində təmsil olunur
Tarix: 11.06.2019 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalı XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində “Səyyar xidmət mərkəzi” ilə təmsil edilir. İİTKM-dən bildirilib ki, “Azexport” portalının menecer Ayxan Qədəşov beynəlxalq sərgidə iştirakın əməkdaşlıq baxımından çox önəmli olduğunu deyib. “Azexport portalı fəaliyyət göstərdiyi 3 il müddətində 1 milyard ABŞ dollarından çox ixrac sifarişi alaraq yerli istehsalçılara təqdim edib. Sifarişlər Avropa və Ərəb ölkələri ilə yanaşı, Amerika və Okeaniya ölkələrindən də daxil olub. Portala daxil olan sifarişlərin yerinə yetirilməsi üçün beynəlxalq yük daşıma şirkətləri ilə sıx əməkdaşlıq portal üçün çox önəmlidir. Bu səbəbdən portal digər aidiyyəti sərgilərdə olduğu kimi bu sərgidə də öz “Səyyar xidmət mərkəzi” ilə təmsil edilib. Sərgi ərəfəsində yerli və xarici ziyarətçilərə portalın imkanları barədə məlumatlar təqdim olunur”, - deyə o qeyd edib. Sərginin ilk günündən “Səyyar xidmət mərkəzi” vasitəsi ilə 10-dək yeni şirkətlə əməkdaşlıq üzrə ilkin danışıqlara başlanılıb. Qeyd edək ki, sərgilərdə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr də daxil olmaqla 10 ölkədən 75 şirkət iştirak edir.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info