İlboyu ixrac həyata keçirilən məhsul: həm büdcəyə, həm cana xeyir pomidor
Tarix: 11.06.2019 | Saat: 11:30:00 | E-mail | Çapa göndər


Bu gün bir çox ölkələr kənd təsərrüfatı məhsullarının istehsalına görə dünya liderliyini qoruyur. Həmin ölkələr yerli istehsalla nəinki ərzaq təhlükəsizliyini təmin edir, ixracdan yüksək məbləğdə gəlirlər əldə edilər. Hazırda bu sahədə gəlir gətirən məhsullardan biri də pomidordur ki, bu tərəvəzlə bəzi ölkələr milyonlarla dollar qazanc götürürlər.


Pomidor məhsulları ixracında hədəf 1 milyard dollardır

Dünyada pomidor istehsalı 2017-ci ildə 170 milyon ton olub. Çin, 31 faizlə dünya pomidor istehsalında liderdir. İkinci sırada yer alan Hindistanda istehsal miqdarı 19 milyon tondur. Eyni zamanda dünyada ən çox pomidor ixrac edən ölkə olan ABŞ-da pomidor istehsalı 15 milyon ton olmaqla üçüncü sırada yer alır. Türkiyə pomidor istehsalında 7 faizlə dünya dördüncüsüdür. Misir 8 milyon, İran 6 milyonluq pomidor istehsalla Türkiyəni izləyir. İtaliya (5 milyon ton) və İspaniya (4 milyon ton) yeddinci və səkkizinci yerləri bölüşdürürlər. Latın Amerikası ölkələri olan Braziliya (3,8 milyon ton) və Meksika (3,4 milyon ton) sırada son iki ölkədir.
Dünyada 2018-ci ildə pomidor istehsalı 177 milyon ton olub. Türkiyə dünya pomidor istehsalında 7, 2 faizlə 4-cü sırada yer alıb. Pomidor və pomidor məhsulları təzə meyvə tərəvəz və məmulatları sektorunda ixracın ulduzu kimi məhsulların başında gəldiyini deyən Ege Təzə Meyvə Tərəvəz İxracatçıları Birliyinin sədri Hayrettin Uçak, pomidor məhsullarının ixracında 1 milyard dollarlıq məhsul hədəflədiklərini bildirib. O qeyd edib ki, Türkiyədə istixanaların inkişafı ilə 12 ay ərzində pomidor istehsalı və ixracına imkan yaranıb. 2018-ci ildə Rumıniya 43,7 milyon dollarlıq idxalla Türkiyədən ən çox türk pomidor alan ölkə olub. Rusiya 30,6 milyon dollarlıq idxalla ikinci, Ukrayna isə 25,6 milyon dollarlıq idxalla üçüncü sırada yer alıb. Türkiyənin təzə pomidor ixrac etdiyi ölkələrin sayı 55-ə çatıb. Türkiyədən 111 milyon dollar məbləğində ən çox tomat pastası alan ölkə isə İraqdır. Qurudulmuş pomidor ixracında isə 19,5 milyon dollar məbləğlə ABŞ ilk sırada yer alıb. Ümumilikdə isə Türkiyədə təzə pomidor ixracı 292 milyon dollarla ixracda əsas yer almaqla, tomat pastası ixracı 164 milyon dollarla ixracda önəmli yer tutur. Türkiyə quru pomidor ixracından isə 88 milyon dollar qazandı. Dondurulmuş pomidorların ixracı 39,4 milyon dollar təşkil edib, ketçup və pomidor soslarının ixracı isə 16,3 milyon dollar təşkil edib.

Azərbaycan 2019-cu ilin I rübündə 25 milyon 456 min dollar dəyərində pomidor ixrac edib

Son illərdə sürətli artım qeydə alınan meyvə-tərəvəz sektorunun uğurla inkişaf etdirilməsi üçün Azərbaycanın münbit coğrafi arealda yerləşməsi, əlverişli iqlim şəraitinin olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqlim şəraiti məhsulun il ərzində bir neçə dəfə yığımına və meyvə-tərəvəz mövsümünün əhəmiyyətli dərəcədə uzanmasına imkan verir. Xüsusən pambıq, meyvə-tərəvəz, tütün və üzüm istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunda önəmli mövqe tutur və yerli xalqın tələbatını tamamilə ödəmək qabiliyyətinə malikdir. Xaçmaz, Lənkəran, nisbətən Aran zonası və Abşeron regionu tərəvəz istehsalı ilə tanınır. Əsasən yay aylarında açıq tarlalarda becərilən Xaçmaz pomidorları bütün MDB məkanında öz dadına görə xüsusi seçilir. Bundan başqa, Abşeron yarımadasında istixana şəraitində istehsal olunan pomidorun tələbatın ödənilməsində rolu mühümdür. Zirə pomidoru regionumuzda ən dadlı pomidor növlərindən biri kimi çox yaxşı tanınır. Son illərdə, pomidor becərən istixanaların əraziləri genişləndirilərək digər regionları da əhatə etməyə başlayıb. İxrac olunan Azərbaycan tərəvəzləri, xüsusilə də pomidor və xiyar məxsusi dadına görə MDB ölkələrində yüksək qiymətləndirilir.
Pomidor bitkisi ölkəmizdə özünün əkin sahəsinə və istehsal həcminə görə həmişə aparıcı yeri tutub və tutmaqdadır. Bizim ölkəmizdə isə ilk dəfə 1862-ci ildən becərilməyə başlanılıb. Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7%, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, vitamini C 25-27 mq%, A,B1, B2,PP vitaminləri var. Pomidorun tərkibində olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı və onun əmək qabiliyyətinin saxlanması üçün vacibdir. Odur ki, hər bir insan gün ərzində azı 300-400q pomidor yeməlidir. Respublikada pomidor məhsuluna olan tələbat tam ödənilir.
Cari ilin I rübündə Azərbaycan 25 milyon 456 min dollar dəyərində 21 min 371 ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,7%, dəyər ifadəsində 6,1% artıb. Hesabat dövründə pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-mart aylarında Rusiyaya 25 milyon 392 min dollar dəyərində 21min 303 ton pomidor (bütün ixracın 99,7%-i) ixrac olunub. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 6,3% artıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə 177 milyon 380,78 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə 176 milyon 263,12 min dollar dəyərində 170 min 315 ton pomidor ixrac olunub. 2018-ci ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 205,9 min ton pomidor, istehsal olunub.
Hazırda mövsümlə bağlı bazarlarda yerli məhsullar olan kifayət qədər pomidor var və məhsuldarlıq daha da artmaqdadır. Yerli məhsullar tələbatı nəinki ödəyir, ixraca da önəm verilir. Lakin bu sahədə daha çox istehsalla daha çox gəlir əldə etmək olar. Bununla bağlı ixracda bazar dairəsini genişləndirmək önəmli amillərdəndir ki, Rusiya ilə yanaşı, başqa ölkələrə pomidor və pomidor məhsulları ixrac edə bilək. Bu gün ölkədə məhsul bolluğu fındıq ixracında olduğu kimi pomidor ixracında da ilk sıralarda yer almaq üçün imkan yaradır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info