Azərbaycan xalqı əsrlər boyu öz dövlətçiliyi uğrunda şərəflə mübarizə aparıb
Tarix: 11.06.2019 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Qədim tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz dövlətçiliyi uğrunda şərəflə və qürurla mübarizə aparıb. Dövlətin formalaşmasında böyük zəhməti olan tarixi şəxsiyyətlələrin rəhbərliyi və əzmkar xalqın birlik və mübarizəsi ilə müasir, dinamik inkişafda olan qüdrətli Azərbaycan formalaşıb. Məhz belə bir dahi tarixi şəxsiyyətlərdən biri və demək olar ki, bütün ömrünü Vətəninə, xalqına xidmətə həsr etmiş ulu öndər Heydər Əliyev olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədaxilində bütün sahələrdəki boşluq və özbaşnalıq dövləti parçalanmağa, dağılmağa doğru aparırıdı. Dövlətin məhz belə bir böhran dövründə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Heydər Əliyev zəngin siyasi düşüncəyə və xüsusi istedada malik bir şəxsiyyət olaraq, 1969-1982 –ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Elə həmin gündən ulu öndər dövətçilik məsuliyyətini əzimlə, cəsarətlə öz üzərinə götürərək ölkədə davam edən gərginliyin, qarşıdurmanın, parçalanmanın və vətəndaş müharibəsinin qarşısını aldı. Sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu. Bildiyimiz kimi, 1993-сü ilin əvvəllərindən ölkədə silahlı quruplaşmalar yaranmışdı, onların ancaq bir məqsədi var idi, dövləti parçalamaq... Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsi artıq real idi. Ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanmanın həyata keçirilməsi planı tam hazır idi. Azərbaycanın müstəqillik qazanmasından iki il keçməsinə baxmayaraq, ölkə tam müstəqil dövlət kimi hələ tam formalaşa bilməmişdi. 1993-cü ilin iyun ayındakı Gəncə hadisələri ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün dövlətin tədbirləri vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi dövlət rəhbərlərinin istefasını tələb edirdi. Məhz belə bir çətin və ağır vaxtda dövləti parçalanıb dağılmaqdan xilas etmək üçün rəhbər qurumlar Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın və rəhbərliyin təkidi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Gəncə qiyamını yatırmaq üçün Gəncəyə yola düşdü. Qiyamçılarla danışıqlar aparmaq məqsədilə Milli Məclisin iclasında hadisələrlə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. O zaman Milli Məclisin sədri yox idi, çünkü sədr İsa Qəmbər istefa vermişdi. Dövlətin strukturunda və idarəçiliyində bu boşluqların olması hadisələrin gərginləşməsinə və qarşıdurmanın bütün ölkəyə yayılmasna şərait yaradırdı. Bütün dünyada düzgün siyasi xətti və vətənpərvər mövqeyi ilə nüfuz qazanmış Heydər Əliyev məhz belə bir zamanda Azərbaycanın xilaskarı oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu əlamətdar və şərəfli gün münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Ulu öndər Heydər Əliyevin böyük zəhməti ilə qurub yaratdığı Azərbaycan dövlətinin hər zaman çiçəklənməsini və inkişafını arzu edirəm.

Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Zəfərin Komandanı
20.10.2019
“Qarabağ vulkana bənzəyir, püskürməsi əsl fəlakət ola bilər”
20.10.2019
Avropada aksiyalara hansı halda icazə verilir?
20.10.2019
Qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifət xalqın dəstəyini görmədi
20.10.2019
Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info