Millət vəkili: “Ümummilli lider Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışı zamanın tələbi idi”
Tarix: 11.06.2019 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


15 iyun Azərbaycan tarixinə dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi bir gün - Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın çağırışı ilə Bakıya qayıtmaqla ölkəni xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edərək tarixi missiyasını həyata keçirdi. Ulu öndər bununla ölkəmizin müstəqilliyini qoruyaraq, tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. O zamankı mövcud hadisələri və ümummilli liderin əvəzsiz xidmətlərini unutmayan xalqımız hər il olduğu kimi 15 iyun-Milli Qurtuluş Gününü qeyd edir. Ulu öndərin tarixi missiyası hər zaman yüksək qiymətləndirilir.
Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışı zamanın tələbi olduğunu deyən millət vəkili Azər Badamov “Palitra”ya bildirdi ki, bu heç də çox da köhnə tarix deyil: “90-cı illərin əvvəllərində ölkəmizdə cərəyan edən hadisələr gözümüzün önündə olub və yenidən öz müstəqilliyini qazanmış gənc Azərbaycanın başına gələn faciələrin şahidi olmuşuq. Azərbaycanda beynəlxalq dairələrin həmişə maraqları olub. Böyük ölkələr maraqlı olub ki, Azərbaycan parçalansın və təbii resurslarımızı talayıb aparsınlar. Ermənilər isə tarixi Azərbaycan torpaqları üzərində özlərinə dövlət qurublar və yenidən torpaqlarımız hesabına ərazilərini genişləndirmək üçün məqam axtarırdılar. Təbii ki, bu məqam Heydər Əliyevin hakimiyyətdən uzaqlaşacağı gün idi. Məhz Heydər Əliyevin hakimiyyətdən düşünülmüş şəkildə uzaqlaşdırılmasından sonra ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı deportasiya etdilər və Azərbaycan torpaqlarının 20 faizi işğala məruz qaldı. Yəni, müstəqilliyimizin ilk illərində Azərbaycanın rəhbərliyində olan şəxslərin təcrübəsizliyi, iradəsizliyi, şəxsi maraqların xalqın maraqlarından üstün tutması, xalqın içində dəstəyin ala bilməməsi və nəhayət, liderin olmaması müstəqilliyimizi uçuruma aparırdı. Daxili ziddiyyətlər dərinləşir, anarxiya baş alıb gedir, vətəndaş müharibəsi ərəfəsinə gəlmiş və bütün ölkəni iqtisadi-siyasi böhran bürümüşdü. Ölkəni düşdüyü bu ağır durumdan ancaq Heydər Əliyev xilas edə bilərdi. Məhz xalqımızın ziyalıları bir araya gələrək Heydər Əliyevi ölkəni idarəetmə sükanını əlinə almağını xahiş etdilər. Həm də AXC- Müsavat cütlüyü gördülər ki, dövləti idarə etmək onlarlıq deyil, onlar da ölkəni düşdüyü vəziyyətdən çıxarmağın yeganə yolunu ancaq Heydər Əliyevdə olduğunu anladılar. İyunun 9-da xalqın dəvətini və tələbini qəbul edərək Bakıya qayıdan Heydər Əliyev 15 iyunda ölkəni idarəetmə sükanını öz əlinə aldı və o gündən başlayaraq müstəqil Azərbaycanın tarixində yeni səhifə açıldı”. Millət vəkilinin sözlərinə görə, xalqa müraciət edən Heydər Əliyev qısa zamanda ölkədə siyasi sabitlik yaratdı, bir mərkəzdən idarə olunan nizami ordu formalaşdırdı, dövlət idarəetmə sistemi formalaşdırdı və ölkənin gələcək inkişafı üçün iqtisadi təməllər yaratdı: “Məhz ulu öndərin siyasi xətti üzərində öz inkişaf yolunu düzənləyən Azərbaycan qısa bir zamanda ölkənin hər bir sferasında böyük uğurlara nail oldu. Bu gün də müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin ideyaları üzərində inkişaf edir, günü-gündən güclənir, dünyada söz sahibi olan ölkəyə çevrilib. Məhz ona görə də 15 iyun Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılaraq Milli Qurtuluş Günü kimi daxil olub və nə qədər Azərbaycan var Heydər Əliyev də yaşayacaq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfərə gəlib
23.10.2019
Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
23.10.2019
Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb
23.10.2019
Azərbaycan Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir
23.10.2019
Rövzət Qasımov MSK sədrinin müavini seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info