“Röyter”: “Türk pilotlar F-35 təyyarələrinin təlimindən kənarlaşdırıldı”
Tarix: 11.06.2019 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“Foreign Policy”: “ABŞ-da F-35 qırıcıları ilə bağlı təlim keçən türk pilotlar iyulun 31-nə qədər ölkəni tərk etməlidirlər”


Türk pilotlar Arizonada yerləşən “Lyuk” hərbi-hava bazasında F-35 qırıcı-bombardmançı təyyarələrin təlimindən kənarlaşdırılıb. Bu haqda “Röyter” Pentaqona istinadən məlumat yayıb. “Foreign Policy” nəşri yazır ki, Pentaqon rəhbəri Patrik Şanahan türkiyəli həmkarı Hulusi Akara məktub yazaraq məlumat verib ki, ABŞ-da F-35 qırıcıları ilə bağlı təlim keçən türk pilotlar iyulun 31-nə qədər ölkəni tərk etməlidirlər. Belə bir qərar ABŞ və Türkiyə arasında aparılan danışıqların yekunu olaraq qəbul edilib. Birləşmiş Ştatlar israrla tələb edir ki, Türkiyə Rusiyadan C-400 hava müdafiə sistemlərini almaqdan imtina etsin. “Nazirliyə bəllidir ki, türk pilotlar uçuş həyata keçirmirlər. Əgər, Türkiyə öz siyasətini dəyişməsə, biz, türk müttəfiqlərimizlə onların F-35 proqramında uzaqlaşdırılması istiqamətində sıx əməkdaşıq edəcəyik” - deyə “Röyter”ə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib. Xatırladaq ki, bir müddət əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Trampa növbəti dəfə F-35 qırıcıları ilə bağlı birgə komissiya yarıdılmasını təklif edib. Ərdoğan təklifi səsləndirdiyi zaman bir daha bəyan etdi ki, Ankara C-400 komplekslərinin alınması qərarından geri çəkilməyəcək. Rusiya tərəfi açıqlayıb ki, yaxın iki ay içində C-400 kompleksləri Türkiyəyə təqdim ediləcək. İlk partiyanın iyul ayında reallaşması nəzərdə tutulub. Birləşmiş Ştatlar dəfələrlə bəyan edib ki, Rusiya istehsalı olan C-400 sistemləri NATO standartlarına uyğun deyil və birlikdə istifadə edilə bilməz. ABŞ onu alacaq müttəfiq dövlətlərə sanksiya tətbiq ediləcəyini də açıqlayıb. Vaşinqton Türkiyəni C-400 sistemlərini alacağı təqdirdə F-35 proqramından uzaqlaşdırmaqla hədələyir. Türkiyə bu proqramın iştirakçı dövlətlərindən biridir və bəzi detallar Ankarada istehsal olunur. “RİA Novosti” isə belə bir məlumat yayıb ki. ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina edərsə, Polşa həmin təyyarələri almağa hazırdır. “Polşa hakimiyyəti ABŞ-la Türkiyə arasında yaranan vəziyyəti diqqətlə izləyir. Bu vəziyyət beşinci nəsl qırıcıların Türkiyəyə satılmasının ləğvi ilə nəticələnə bilər. Polşa həmin təyyarələri almaq üçün növbədə olan dövlətlərdən biridir. ABŞ həmin qırıcıları bizə satmaq istəsəydi belə, bizim onu Türkiyədən qabaq əldə etmək şansımız yox idi. Amma indi Türkiyəni növbədən çıxarırlar. Türkiyəyə təqdim edilməsi nəzərdə tutulan təyyarələr tam hazır vəziyyətdədir. Əgər, Türkiyə ilə müqavilə ləğv olunarsa, onda hazır təyyarələri kimsə satmaq lazım olacaq. Varşava ümid edir ki, bu, Polşa olacaq”- deyə Polşa hökumətindəki mənbə “RİA Novosti”yə bildirib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
24.01.2020
Ermənistan ordusunun müqaviləli hərbçiləri xidmətdən imtina edir
24.01.2020
“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11439

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info