Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib
Tarix: 11.06.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya səfər edib.
Turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun - 6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim, müvafiq sahələrdə fəaliyyət göstərən alman müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Təlim müddətində sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində bu ilin 25 mart – 19 aprel tarixlərində aqrar sahədə fəaliyyət göstərən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib. Proqramın icra olunduğu 2009-cu ildən indiyədək isə 400-dən çox sahibkar və menecer Almaniyada təlim və təcrübə keçib.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info