“Super Analar” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 11.06.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Xəyal adasında “Super Sun” yağ markasının təşkilatçılığı ilə hazırlanan “Super Analar” layihəsinin açılış mərasimi keçirilib. Yenilikləri və sosial layihələri ilə daim seçilən “Super Sun” markası bu dəfə mətbəxlərimizə hər kəsin sevərək izlədiyi bloggerlərlə birlikdə gələcək. Layihə zamanı bloggerlik fəaliyyətləri ilə sevilən məşhur simalar mətbəxdə müxtəlif yeməklər və şirniyyatlar hazırlayaraq, xüsusi reseptlərini “Super Sun” markasının sosial media kanallarının izləyiciləri ilə paylaşacaq.
Sadəcə yemək hazırlamaqla kifayətlənməyən #SuperAnalar eyni zamanda mətbəxdə tətbiq etdikləri praktik üsulları, kiçik mətbəx sirlərini, uşaqlara yeməyi sevdirməyin yollarını və s. məlumatları da təqdim edəcəklər.
“Super Sun” yağı özünəməxsus təamı ilə bütün yeməklərə və şirniyyatlara mükəmməl yaraşdığı üçün illərdir mətbəxlərimizin əvəzedilməz üzvüdür.
Əziz xanımlar, “Super Sun” markasının “YouTube”, “Facebook” və “Instagram” kanalları vasitəsilə “Super Analar” layihəsini izləyərək həm yeni praktik məlumatlar öyrənə, həm də ailəniz üçün sevilən ləzzətli yeməklər hazırlaya bilərsiniz. Anaların hazırladığı yeməklərin və şirniyyatların reseptləri eyni zamanda www.neyeyek.az saytında yerləşdiriləcək.
www.neyeyek.az saytında Siz dünya mətbəxlərinə məxsus maraqlı və dadlı yemək reseptləri əldə edə, günün fərqli saatlarına uyğun asan hazırlanan, faydalı və ləzzətli reseptlər öyrənə bilərsiniz. Saytın digər üstünlüyü isə burada hər kəsin qeydiyyatdan keçərək reseptlərini paylaşa bilməsi və paylaşdığı reseptlərlə yarışmalarda qalib olmaq şansı qazanmasıdır. Qeyd etmək istərdik ki, “Super Analar” layihəsi mütəmadi şəkildə yeni və fərqli konseptlərlə qarşınıza gələcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib
24.06.2019
DGK rəhbərliyi Gəncə, Göygöl, Daşkəsəndə vətəndaşları qəbul edib
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib
22.06.2019
Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunlarının buraxılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info