Ən böyük andın “Vətən haqqı, torpaq haqqı, bayraq haqqı“ olsun, Şəmsiyəm!
Tarix: 11.06.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Gözəl, şirin, gülərüz qızım! 17 il əvvəl həyatımıza Günəş kimi doğan Şəmsiyəm!
Düz 17 ildir ki, birgə addımlayırıq. Bütün işlərimə, yorğunluğuma, zamanımın azlığına baxmayaraq, bu 17 ilin, demək olar ki, hər bir anını xatırlayıram. Körpə ikən ilk qığıltın, ilk gülümsəmən, ilk ayaq açıb yerimən, ilk sözlərin, məktəbə getdiyin ilk gün, ilk uğurun. Bir sözlə, hər şey beynimin dərin qatında əbədi həkk olunub. Bu ilklər içərisində orta məktəbə getdiyin gün çalınan ilk zəng və o zəngdən sonra içəriyə daxil olub, sinifdə ilk sırada oturmağın da var. Bir neçə gündən sonra isə Son Zəng çalınacaq. Sənin və sinif yoldaşların üçün orta məktəbin bitdiyi anlamını verən Son Zəng.
Əziz qızım! Görünür, böyüklərimiz uzun illər öncə buna Son Zəng adı verməklə heç də səhv etməyiblər. Çünki bu, uşaqlığa, uşaqlıq şıltaqlığına, atanın, ananın, müəllimlərinin sənin səhvini görməzdən gəlməyinə, qayğısız, hər an yanında bir böyüyün (istər məktəbdə, istər evdə) olmasına son qoyacaq bir Son Zəngdir. Bəli, bundan sonra tam yeni bir həyata qədəm qoyacaqsan. Və gözəl qızım, biləsən ki, sənin və sənin kimi digər 11-lərin bəzən səbirsizliklə can atdığı o həyatda, o dünyada heç də hər şey hamar, sabit, münbit deyil. O həyatda fırtınalı, qasırğalı, qayğılı, zəhmətli, yuxusuz və yorğun günlərin sayı daha çoxdur. O həyatda sənin səhv etmək lüksün yoxdur, əziz qızım. O həyatda sənin bir dəqiqə belə itirmək şansın yoxdur, gözəl balam. Çünki nə qədər yaxın olmağa çalışsaq da, müstəqil həyatda uşaqlığında olduğu kimi hər dəqiqə başının üzərində dura bilməyəcəyik. Və bu amansız həyatda qalib gəlmək, dik dayanmaq üçün bəzi vacib məqamlar, şərtlər var ki, gərək onu heç zaman unutmayasan.
Əvvəla, heç zaman hansı millətin, hansı xalqın, hansı ölkənin vətəndaşı olduğunu unutma. Bir Türk qızı kimi dövlətini, bayrağını, ölkənin adını hər zaman uca tut. Ən böyük andın "Vətən haqqı, torpaq haqqı, bayraq haqqı" olsun!
Qismət olsa, səni əmanət edəcəyimiz qardaş Türkiyəni də Azərbaycan qədər sev hər zaman, zatən sevdiyini də bilirəm. Sadəcə, bilməlisən ki, bundan sonra sən qazandığın hər bir uğuru bir millət, iki dövlət olan Azərbaycanın və Türkiyənin adına qazanacaqsan. Və bu iki dövlətin adını hər zaman uca tutmaq sənin bir nömrəli vəzifən olmalıdır.
Həm də unutma, sən orada təhsil almaqla bir zamanlar mənim istəsəm də gerçəkləşdirə bilmədiyim Türkiyədə təhsil almaq arzumu da gerçəkləşdirmiş olacaqsan!
Gözəl qızım, qarşına qoyduğun hədəflərə çatmaq üçün hər zaman özünə inan, gücünə inan, bacaracağına inan!
Ümidini heç vaxt itirmə!
"Mən bunu bacaracağam", "Mən buna qadirəm" prinsipi ilə hər zaman ön sıralara doğru addımla!
Gözəl qızım, bunları yaza-yaza həm də xəyal edirəm. Gələcəkdə sənin öz sahəsinin bacarıqlı, bilikli birisi kimi Vətənimizə şərəfli xidmət etdiyini, Türk dünyasının tanınmış elm adamlarından biri kimi xarici ölkələrdə hər iki ölkəmizin adına uğurlar qazandığını görürəm o xəyalımda. Və bu xəyalımın bir gün gerçək olacağına inanıram. Çünki sən Nadir Azərinin qızısan, Şəmsiyəm! Və heç bir şübhəm yoxdur ki, istərsən nəsihət, istərsən də vəsiyyət kimi dəyərləndirəcəyin bu fikirlərim hər an ağlında olacaq, ən çətin anlarında belə sənə güc verəcək!
Həyatda özünü təsdiq etmək, ardıcıl uğurlar qazanmaq üçün başladığın yeni mübarizən kutlu olsun, qızım! Tanrı səni və sənin kimi bütün Türk övladlarını qorusun!

Nadir İsmayılov
Əməkdar jurnalist




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info