Sosial şəbəkələr çirkin məqsədlər üçün istifadə edilməməlidir
Tarix: 11.06.2019 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Son illər sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olması səbəbindən müxalifətçilər çayxanalardan yığışaraq bütün günlərini “Facebook” , “YouTube” və digər resurslarda keçirməyə başlayıblar. Əlbəttə, sosial şəbəkələrdə aktiv olmaq müxalifətçilər üçün normal haldır, sosiallığın əhəmiyyətini nəzərə alsaq, hətta saytlarda fəaliyyət göstərmək vacibdir. Amma ki, nə amma! Hər işdə şişirtmə, şər-böhtan, fürsətçillik edən bizim radikal müxalifətçilər bu məsələdə də normal davranmırlar, sosial şəbəkələrdən ictimai rəyə mənfi yöndən təsir etmək üçün yararlanırlar. Bu məsələdə ən çox fərqlənən isə son iki ildə xaricdə gənclərdən formalaşan bir qrup söyüşcül dəstə, eləcə də ayrı-ayrılıqda Avropa və Amerikanın müxtəlif yerlərinə qaçaraq, oradan ölkəmiz əleyhinə çağırış və çıxışlar edən keçmiş müxalifətçilərdir. Bir də əlbəttə ki, ölkə daxilində fəaliyyət göstərən ənənəvi müxalifətin radikal qolu. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavinləri, müxalifətin “milli şura” adlı qondarma qurumun rəhbərləri-Gültəkin Hacıbəyli, Cəmil Həsənli və b. bu işdə, xüsusən fərqlənirlər. O cümlədən Müsavat Partiyasının rəhbərliyi, Tofiq Yaqublu, jurnalist Xədicə İsmayıl və başqa bu kimi 5 –ci kolunun fəal üzvləri də sosial şəbəkələri əllərində siyasi alətə çevirərək dezinformasiya, şər-böhtan, iftira dolu məlumatlar paylaşırlar. Normalda öz partiyalarının nüfuzu, uğuru, iclasları, partiyanın gənclər siyasəti və s. siyasi konsepsiyalarını paylaşmalı olduqları halda, partlayan kanalizasiya borusunun xərcləri, təbii fəlakətlər, bütün ölkələrdə də müşahidə edilən sosial problemlərdən şişirtmə şəkildə danışır, paylaşımlar edirlər. Məsələn, Əli Kərimli son günlər ölkə səhiyyəsinin üstünə yüklənərək, insanlara anormal çağırışlar da etməkdən çəkinməyib. Əlbəttə, hər sahədə problem var, o cümlədən də səhiyyə sistemində bəzi çatışmazlıqlar nəzərə çarpır. Amma uzun illərdir ki, bu sahədə görülən müsbət işləri bir dəfə də dilə gətirməyib, tikilən və ya yüksək səviyyədə təmir edilib, ən son texnologiya, avadanlıqlarla təmin edilən tibb mərkəzləri, xəstəxanaları görməzdən gələnlər hansısa bir jurnalistin təhqiramiz formada videoçəkilişlər edib məmurları alçaltmasını əllərində bayraq etməyə başlayırlar. Təbii ki, Əli Kərimli də gözəl anlayır ki, sosial şəbəkələr insanlarımızın həyatına o dərəcədə yaxından daxil olub ki, burada paylaşılan hər bir məlumat ilkin formada araşdırılmadan, analiz edilmədən, birbaşa olaraq insanların beyninə yeriyəcək. Əgər bu məlumat mənfi bir hadisə ilə bağlıdırsa, onu aqressiyanı artırmaq üçün daha da “təkmil” hala salıb, yan- yörəsini bəzəyib, şişirdib cəmiyyətə yayırlar. Əli Kərimli də son xoşagəlməz olay üzərindən yeni kampaniyalar qurmağa çalışaraq, insanlara çağırış edib ki, hər kəs səhiyyəmizlə bağlı neqativ məlumatlar paylaşsın.
Özgə vaxtı bağlı olduqları Qərbdəki dairələrin də nifrətinə uyğun olaraq, İslamı, müsəlmanları bəyənməyən Əli Kərimli, nədənsə, Nardaran olaylarından sonra meydana radikal dindarların müdafiəçisi kimi çıxdı. Bu olaylar üzərindən də xüsusi kampaniyalar başlatdı və buradan xal qazanmağa çalışaraq, özünü dini kəsimə mələk kimi göstərmək istədi, tərəfdar toplamağa cəhd etdi. Daha sonra yenə də öz ağalarının tapşırıqlarına uyğun olaraq, digər məsələlərdə də oxşar addımlar atan Əli Kərimli indi də bəzi sosial problemləri olan və ən əsası da sağlıq məsələləri ilə bağlı narahatlıqlar yaşayan insanları öz tərəfinə çəkmək üçün bu cür kampaniyalara cəhd edir. Amma digər məsələlərdə olduğu kimi, bu işdə də Əli Kərimlinin metodu işləməyəcək. Bir daha qeyd edirik ki, sosial şəbəkələrdən “provakativ”, müəyyən çirkin məqsədlərə xidmət etmək üçün istifadə edilməməlidir. Normal siyasətçisənsə, özünü müxalifət adına əsas partiya rəhbəri sayırsansa, sosial şəbəkələrdə daha çox siyasi mübarizənlə bağlı çıxışlar edib, ortaya normal siyasi konsepsiyalar qoymalısan. Necə ki, bunu bu gün Türkiyədə müxalifət partiyaları edirlər və kifayət qədər də sosial baza yığa bilirlər. Yoxsa, təhqirlərlə, xaricdə oturub öz ölkəni, məmurlarını söyməklə, “qorxmaz qəhrəman” kimi görünüb mübarizə aparmaqla, yaxud da xırda sosial məsələləri kampaniyalara çevirməyə cəhd etməklə özünüzə nə tərəfdar toplaya biləcəksiniz, nə də xalqın etimadını qazana biləcəksiniz. Xalq bu gün kimin kim olduğunu, sosiallıqdan, virtual aləmdən tutmuş, real aləmə qədər hansı müxalifət rəhbərinin necə həyat tərzi keçirdiyini və ya qrantlar üçün hansı yollara getməyə hazır olduğunu gözəl görür və anlayır! Qısası, bu metodunuz da keçməyəcək.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25.06.2019
Mühacirlər “ağalarının” sifarişlərini yerinə yetirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info