Azərbaycan səfirliyi jurnalist Fuad Abbasovla bağlı Rusiya XİN-ə nota göndərib
Tarix: 11.06.2019 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasov ilə gündəlik əlaqə saxlayırlar. Səfirlikdən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar Konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib. “Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarətdə saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”, - deyə məlumatda bildirilir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub
26.06.2019
Gürcüstanda parlamentin sədri dəyişdi
25.06.2019
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü
25.06.2019
Robert Koçaryan yenidən həbs edildi
25.06.2019
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info