Pirallahıda “Gəlin birgə oxuyaq!” şüarı altında flaşmob keçirildi
Tarix: 11.06.2019 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


İyunun 11-də Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda yerləşən “Nərəkənd” parkında YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Gəlin birgə oxuyaq!” şüarı altında flaşmob keçirildi.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov qeyd etdi ki, Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
Flaşmob zamanı hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub.Sonra gənclərin iştirakı ilə bədii əsərlərin müzakirələri aparılıb, maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, flaşmobun əsas məqsədi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Prezident: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
23.10.2019
Ramiz Mehdiyev vəzifəsindən azad edildi
23.10.2019
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23.10.2019
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23.10.2019
“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info