İsveç radiosunda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
Tarix: 11.06.2019 | Saat: 19:30:00 | E-mail | Çapa göndər



Azərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gərə bilər. Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.


Qeyd edək ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçirilib.
İyunun 7-də start götürən Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.
Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.
“Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur”. Bunu isə Trend-ə Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim etməsi ilə bağlı bu ölkənin Müdafiə Nazirliyinin məlumatına münasibət bildirərkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
L.Abdullayevanın sözlərinə görə, aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır:
"Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur.
Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür".

“Qarabağ” milli rəqs qrupu Stokholmda keçirilən beynəlxalq festivalda çıxış edib
Bu arada İsveç-Azərbaycan Dərnəyinin (SAF) “Qarabağ” milli rəqs qrupu Ramazan bayramı münasibətilə Stokholmda təşkil olunan festivalda çıxış edib. Festivalda Azərbaycan mədəniyyətini uğurla təbliğ edən “Qarabağ” milli rəqs qrupunun “Uzundərə” və “Nəlbəki” rəqsləri böyük maraq və alqışlarla qarşılanıb.
SAF-ın sədri Sevda Dadaşova yerli radioya müsahibəsində ölkəmiz haqqında ətraflı məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı söz açaraq, ölkəmizin haqlı mövqeyi, müharibə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın üzləşdiyi çətinliklərdən danışıb. Baş verənlərin azərbaycanlıların kütləvi soyqırımları ilə müşahidə olunduğunu qeyd edən S.Dadaşova münaqişə nəticəsində uşaqların da öldürüldüyünü, onların böyük fəlakət, məhrumiyyətlərlə üzləşdiklərini vurğulayıb. Təşkilatın sədri İsveç-Azərbaycan Dərnəyinin nəzdində fəaliyyət göstərən uşaq milli rəqs qrupunun da məhz bu səbəbdən “Qarabağ” adlandırıldığını bildirib.

“ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir”
Yeri gəlmişkən, ötən gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşüb.
“Azadinform” xəbər verir ki, görüşdə spiker belə yüksək səviyyəli səfərlərin gələcəkdə də davamlı olacağına ümidvar olduğunu bildirib: “Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inanıram”.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfərindən və növbəti dəfə parlamentdə olmağından məmnunluğunu vurğulayıb: “Təmsil etdiyim təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. Bizim təşkilat gələcəkdə də bu sahədə səylərini əsirgəməyəcək”.
Qəbulda qeyd edilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaq.
Görüşdə Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova iştirak edib.

Komitə sədri məcburi köçkünləri qəbul edib
İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.
Komitədən verilən məlumata görə, növbəti qəbulda 50-dən çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.
Bildirilir ki, qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcək.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır”
25.06.2019
“Hərbi işğal amili aradan qaldırılmalıdır ki, bölgədə sülh və təhlükəsizliyin, rifahın təmin olunmasından danışaq”
24.06.2019
Rəhman Mustafayev: “Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb”
24.06.2019
Bosniya və Hersoqovinada Dağlıq Qarabağla bağlı tədbirlər keçirilib
13.06.2019
Vaşinqtonda Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasəti ifşa olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info