Azərbaycanın qadın hüquqları sahəsində öndə olması qürurvericidir
Tarix: 12.06.2019 | Saat: 08:27:00 | E-mail | Çapa göndər



Çox maraqlı bir konfrans keçdi. Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib. Qadın hüquqları sahəsində Azərbaycanın öndə olması qürurvericidir.

Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat AZƏRTAC-a müsahibəsində söyləyib.
Saniye Gülser Corat Azərbaycan və UNESCO arasında yüksək səviyyəli əlaqələrə toxunaraq, Azərbaycanın Birinci vitse –prezidenti Mehriban Əliyevanın bu əlaqələrə töhfəsindən danışıb. O, Azərbaycanın təkcə milli səviyyədə deyil, digər ölkələrdə də qızlar və qadınlar məsələsinə önəm verdiyini bildirib. Həmçinin bir çox ölkələrdə qızların təhsil alması istiqamətində layihələrə imza atdığını vurğulayıb.
“Konfransda qadın məsələsi ilə bağlı müxtəlif mövzulara toxunuldu, fikir mübadiləsi aparıldı. Mən çıxışımda Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışdım. Xüsusilə qadınların təhsil məsələsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələr, UNESCO-ya verdiyi töhfələr haqqında məlumat verdim. Əminəm ki, ölkənizlə təşkilatımız arasında əlaqələr daha da möhkəmlənəcək və yeni layihələrə birlikdə imza atacağıq”, - deyə Saniye Gülser Corat söyləyib.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir
25.06.2019
Azərbaycanın yerləşdiyi bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur
25.06.2019
Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25.06.2019
Кризис одного туристического направления рождает возможности для другого

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info