Misirdə İmadəddin Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb
Tarix: 12.06.2019 | Saat: 08:27:00 | E-mail | Çapa göndər



Azərbaycanlı tədqiqatçı-alim, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
Seymur Nəsirov AZƏRTAC-a müsahibəsində bildirib ki, dahi şair haqqında apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) İmadəddin Nəsiminin Azərbaycan və fars dillərində olan əlyazmalarını tapıb.
O bildirib ki, Azərbaycan dilində olan əlyazmanın üzərində Nəsimi Külliyatı yazılıb və bu külliyat şer və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubunda yazılsa da, qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.
“Mənim ən çox diqqətimi çəkən ərəb əlifbasının sırasına uyğun olaraq, sonu eyni hərflə bitən ayrı-ayrı şerlərin olmasıdır. 254 vərəqdən ibarət əlyazma kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il) Pir Əhməd İskəndər oğlu tərəfindən üzü köçürülüb. Fars dilində olan əlyazma isə nisbətən kiçikdir və sadəcə şeirlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xətti ilə yazılıb. Əlyazma 86 vərəqdən ibarətdir. Vərəqlərin eni 11, uzunluğu isə 16 santimetrdir”, - deyə tədqiqatçı alim bildirib.
Xatırladaq ki, Seymur Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur və zəngin kitabxanalarından biridir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26.06.2019
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)
25.06.2019
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25.06.2019
İlahiyyat İnstitutu virtual sorğunun qalibi oldu
25.06.2019
Liseylərə qəbul üzrə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info