YAP Sumqayıt şəhər təşkilatı bir qrup fəal gənclə Ramazan bayramı ərəfəsində aztəminatlı və kimsəsiz ailələrə baş çəkmiş, onlara bayram sovqatı təqdim etmişlər. Aksiyada iştirak edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü Ceyhun Məmmədov baş çəkilən ailələrə şəhər partiya təşkilatının sədri Asif İmaməliyevin təbrikini çatdırıb. Elmar Xəlilov qeyd edib ki, həyata keçirilən xeyriyyə aksiyalarının və əhalinin aztəminatlı hissəsinə ayrılan qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün onun layiqli davamçısı, partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən dəstəklənir. Bu cür aksiyalar YAP üzvləri tərəfindən müntəzəm olaraq həyata keçirilir və gələcəkdə daha da genişlənəcək. Görüşlərdə həmçinin ailələrin problemləri və qayğıları ilə də maraqlanılmışdır. Baş çəkilən ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə, aksiyada iştirak edən hər bir kəsə təşəkkür ediblər. Onlar qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq ulu öndərimizin siyasi kursunun davamçısı İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
Fəridə Kərimli
|