“Gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində mühüm addımlar atılıb”
Tarix: 12.06.2019 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


"Bu gün Azərbaycanda gömrük işinin müasir fəaliyyət prinsipləri əsasında təşkili istiqamətində nailiyyətlər əldə olunub. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafında beynəlxalq əməkdaşlıq müstəsna rol oynayır"


Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Texnologiyalar və İnnovasiyalar sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bugünkü konfransda smart sərhədlər üzrə bütün yeni texnologiyalar, beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə gömrük işi sahəsində blokçeyn texnologiyasının tətbiqi, süni intellektdən istifadə istiqamətində müvafiq müzakirələr aparılacaq: " Tətbiq edilən ən müasir texnoloji həllər barədə təqdimatlar olacaq. Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Beynəlxalq ticarətin həcminin günü- gündən artması, qloballaşma və inteqrasiya proseslərinin genişlənməsi dünya təsərrüfat sisteminin şaxələnməsi nəticəsində ticarət-təchizat zəncirinin idarə edilməsi daha mürəkkəb bir prosesə çevrilib. Müasir innovativ həlləri özündə ehtiva edən texnoloji imkanlardan istifadə etmədən bu çətin vəzifənin üstündən gəlmək mümkün deyil. Eyni zamanda, texnologiyaların sürətli inkişafı nəticəsində iqtisadiyyatın rəqəmsal transformasiyası elektron kommersiyanın inkişafı ilə əlaqədar ticarət operatorlarının sayının artması, bulud texnologiyalarına əsaslanan dəyər zəncirinin formalaşdırılması öz növbəsində yeni risklər yaradır. Bu qlobal çağırışlar nəticəsində Azərbaycan gömrük xidməti biznes proseslərinin müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması, rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, gömrük nəzarətinin təşkilində vaxt və insan resurslarının optimal şəkildə istifadə edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığın artırılması nəticəsində müasir informasiya və kommunakisya texnologiyalarının istifadəsinə xüsusi önəm verir. Son illər gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu sahədə tətbiq edilən elektron xidmətlər ölkədə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır. Bu gün gömrük rəsmiləşdirilməsi prosesləri tam avtomatlaşdırılıb. Gömrük bəyannamələrinin təqdim edilməsi gömrük ödənişlərinin həyata keçirilməsi və gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi sosial əhəmiyyət təşkil edən xidmətlər yeni texnologiyalar əsasında qurulub. Bu mürəkkəb problemlərdən biri olan kölgə iqtisadiyyatı ilə mübarizədə ən yaxşı metodlardan biri də güzgülü statistikanın aparılmasıdır. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Fürsətdən istifadə edib Azərbaycanla ticarət münasibətləri olan ölkələri güzgülü statistika aparmağa və bu sahədə ortaq layihələrin həyata keçirilməsinə dəvət edirəm".

Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycan İsrailə biyan ixrac edəcək
24.06.2019
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
24.06.2019
Neftin qiyməti bahalaşır
24.06.2019
Azərbaycan istehsallı tekstil məhsullarının Polşaya ixracı planlaşdırılır
23.06.2019
Azərbaycan Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info