Gömrük Komitəsi “IMB”lə blokçeyn texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq
Tarix: 12.06.2019 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


İyunun 13-də Dövlət Gömrük Komitəsi (DGK) “IMB” şirkəti ilə blokçeyn texnologiyasının tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalayacaq.
Bu barədə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuat konfransında deyib.
O bildirib ki, blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi, heç bir müdaxilə və sorğu olmadan sistemdən məlumatların kəsilməsi və istifadə olunmasıdır. İxrac və idxal əməliyyatlarında gömrük sisteminə blokçeyn texnologiyasının gətirilməsi sürətli və təhlükəsiz ticarətin qanunvericiliyə uyğun tətbiqini həyata keçirmək üçün ən uğurlu vasitədir. Avropadan və dünyanın istənilən ölkəsindən Azərbaycana yönəldilən hər hansı bir konteyner daşımacılığının məlumatını blokçeyn texnologiyasından istifadə edərək öz bazamız inteqrasiya etdirəcəyik. Yükün hazırda harada olması, ölkəyə istiqamətləndirilən yükün həcmi, hansı şirkətə aid olması və bu kimi ilkin məlumatları heç kəsə müraciət etmədən əldə etmək mümkün olacaq.
S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin daxilində blokçeyn texnologiyasının sistemi artıq yaradılıb. Bəzi məlumatları dövlət qurumları onlayn şəkildə görə və istifadə edə bilir. İlkin olaraq “IMB” şirkəti ilə əməkdaşlıq müqaviləsi iyunun 13-də imzalanacaq. Bu il üçün blokçeyn texnologiyasını konteyner daşımacılğında məlumatların gömrük bazasına inteqrasiyasını planlayırıq. Blokçeyn texnologiyası ilə bağlı GUAM dövlətləri ilə yeni layihə başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstan və Moldova da bu layihəyə dəstək verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
“SOCAR Turkey“ gələn il İzmirdə daha bir neft-kimya kompleksinin tikintisinə başlaya bilər
11.10.2019
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var
11.10.2019
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
11.10.2019
Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlığı müzakirə edilib
11.10.2019
Jurnalistlər Masazır Duz Zavodunu ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info