Tomas Opperman: “Azərbaycan enerjinin şaxələndirilməsində Avropanın mühüm tərəfdaşıdır”
Tarix: 12.06.2019 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlər, enerji əməkdaşlığı və regional məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Almaniya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın bir çox sahələr üzrə, xüsusilə də enerji sektorunda daha da inkişafı üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.
T.Opperman Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə dair fikirlərini bölüşüb. Bildirib ki, enerji şaxələndirilməsində Azərbaycan Avropanın mühüm tərəfdaşıdır.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
26.06.2019
Xəzərin səviyyəsinin enməsi təhlükəlidirmi?
26.06.2019
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
26.06.2019
Nikaraquada İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinən səxslər saxlanılıb
26.06.2019
DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info