TƏKLİF: Azərbaycan çimərliklərində “mavi bayraq” sistemi yaradılsın
Tarix: 12.06.2019 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Avropa ölkələrində olduğu kimi “mavi bayraq” sistemi yaradılmalıdır.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Bu sistemin çimərlik turizminin çox inkişaf etdiyi Türkiyədə də mövcud olduğunu deyən M.Ağakərimov əlavə edib ki, Avropa ölkələrində təhlükəsizlik və sanitar normaların yüksək səviyyədə olduğu çimərliklərdə mavi bayraq asılır: “Rusiya, Belarus, Ukrayna, o cümlədən digər MDB ölkələrinin turistləri yay aylarında Türkiyəyə çimərliklərə getmək üçün səfər edirlər. Çimərlik turizmi Azərbaycanda da kütləvi turizmin inkişafı üçün böyük təkan ola bilər. Buna görə də çimərliklərdə monitorinqlər aparılmalı, orada sanitar normalara əməl olunmalı və təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir”.
M.Ağakərimov qeyd edib ki, ölkəmizdə çimərlik turizminin inkişafı Prezident İlham Əliyevin 2017-ci ildə “Çimərlik turizminin inkişaf etdirilməsi haqqında” verdiyi sərəncamına uyğun olaraq həyata keçirilməlidir.
O, özəl çimərliklərin olmasının da əleyhinə olduğunu söyləyib: "Çimərliklər özəl ola bilməz. Çünki dənizi özəlləşdirmək, çimərliyə girişi pulla etmək olmaz. Bu, yolverilməzdir. Amma orada təklif edilən əlavə xidmətlər ödənişli ola bilər”.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib
26.06.2019
Xəzərin səviyyəsinin enməsi təhlükəlidirmi?
26.06.2019
Türkiyə və Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq sazişi qüvvəyə minib
26.06.2019
Nikaraquada İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinən səxslər saxlanılıb
26.06.2019
DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info