Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
Tarix: 12.06.2019 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu ilə əlaqədar iyunun 12-də Bakıda dəyirmi masa təşkil edilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) və Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, Xəzəryanı ölkələrin səfirliklərinin əməkdaşları, ekspertlər, politoloqlar, tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinə, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkib. BMAM-ın sədri Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu il avqustun 12-də Türkmənistanda təşkil olunacaq I Xəzər İqtisadi Forumunun vacibliyindən söz açıb.
Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev "Birinci Xəzər İqtisadi Forumu" mövzusunda çıxış edərək Xəzəryanı ölkələr arasında dostluq münasibətlərinin, xüsusilə də iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Səfir vurğulayıb ki, Xəzər dənizi Asiya və Avropa arasında tranzit rolunu oynayır. Xəzər dünya enerji xəritəsində böyük əhəmiyyətə malikdir. Bu coğrafiyada mühüm beynəlxalq layihələr reallaşdırılır. Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Xəzər hövzəsi ölkələrinin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri" mövzusunda çıxış edib. O, Xəzəryanı ölkələrin birgə səylərinin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib. Əlavə edib ki, iqtisadi təşəbbüslərin sistemli və səmərəli nəticələnməsində beyin mərkəzlərinin rolu vacibdir. Sədr, həmçinin Xəzər hövzəsi dövlətləri arasında siyasi əməkdaşlığın güclənməsində beyin mərkəzlərinin üzərinə məsuliyyət düşdüyünü deyib.
Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Ovezgeldi Cumanazarov "Xəzərin tranzit və logistika potensialı" mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, müasir iqtisadi inkişaf dünya bazarına daha səmərəli çıxış yollarının axtarışını tələb edir. Bu baxımdan, Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da artırmalıdırlar.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi" mövzusunda çıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyətdən və Xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Deputat Xəzərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş regional və qlobal əhəmiyyətli enerji layihələri ilə bağlı sabit inkişaf strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. "Xəzər dənizində neft-qaz layihələri" mövzusunda çıxış edən "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkib. O, Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığının gücləndirilməsindən bəhs edib. Xəzər regionunun neft-qaz layihələrinin XXI əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu diqqətə çatdırıb. AMEA-nın şöbə müdiri Rəna Mirzəzadə, ekspertlər Rəfail Becanov, Hüseyn İbrahimov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı çıxış edərək bildiriblər ki, Xəzəryanı ölkələr elmi-innovativ və humanitar əməkdaşlığı da artırmalıdırlar. Belə əməkdaşlıq həm də regional iqtisadi və qlobal əhəmiyyətli layihələrə töhfə vermək üçün önəmlidir. Çıxışçılar enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra Türkmənistan səfirliyinin Xəzər dənizinin turizm və iqtisadi potensialına dair hazırladığı videoçarx nümayiş olunub. Tədbir müzakirələrlə davam edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info