DİN işçi axtarır: 7 tibb bacısı, 2 rentgen-laborant və 1 tibb qeydiyyatçısı
Tarix: 12.06.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 7 tibb bacısı, 2 rentgen-laborant və 1 tibb qeydiyyatçısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-in mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, ixtisası üzrə azı 3 il təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyənləşdirilən şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər iyunun 15-dən iyulun 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Tibb İdarəsinin medical@mia.gov.az ünvanına göndərməlidirlər. Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət olunan namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu və əmək kitabçasının surətini təqdim etməlidirlər.
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək. Onların qanunvericiliklə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumatı (012) 590-20-59 və 590-20-94 nömrəli telefonlar vasitəsilə almaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib
24.06.2019
DGK rəhbərliyi Gəncə, Göygöl, Daşkəsəndə vətəndaşları qəbul edib
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib
22.06.2019
Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunlarının buraxılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info