Mələk donuna girənlər...
Tarix: 12.06.2019 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Avropaya qaçaraq oradan öz ölkəsi, Azərbaycan əleyhinə kampaniyalar aparan Orduxan Temirxan cəmiyyətimizdə daha çox, ağır, təhqiramiz sözlər, hətta söyüşlər söyən biri kimi xatırlanır. Bir də təbii ki, ermənilərin xeyrinə səsləndirdiyi fikirləri-“ermənilər bizim tarixi abidlərimizi, qəbirlərimizi dağıtmayıblar” kimi anormal ifadələri ilə yaddaşlarda qalıb. Əslində, bu tip adamlar ortada iplə oynadılan uşaq teatrının oyuncaqlarına bənzəyirlər. Yəni, oyuncağı necə, hansı istiqamətdə hərəkət etdirsən, ona uyğun da reaksiya gəlir. Amma Azərbaycan cəmiyyətini “uşaq” bilən bu xarici qüvvələr, gizli əllər yanılırlar. Çünki xalqımız müdrik xalqdır, insanlarımız bu cür anormal fiqurlar, ortada oynadılan qrant aşiqlərini dərhal tanıya bilir. Ən əsası isə “mühacirlərin” əksəriyyəti elə məhz Orduxan Temirxan kimi küçə səviyyəsində aksiyalar, çəkilişlər aparmaqla, söyüş təhqir dolu paylaşımlar etməklə özlərini “yandırırlar”, elə ilk gündən tərəfdar toplaya bilməyərək, çıxdaş olurlar. Bu gün də Orduxanlar özlərinə sosiallıqda meydan tapa bilmirlər deyə, söyüşə, təhqirə keçərək ayrı-ayrı məmurları təhqir etməklə özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Maraqlısı isə budur ki, məhz Orduxan Temirxana irad tutanda ki, söyüş dili ən səviyyəsiz, ən arzuolunmaz dildir, dərhal gülməli bir reaksiya verir ki, guya söyüş kampaniyasını ilk olaraq Azərbaycandan ona qarşı başladıblar... Əvvəla, belə bir addım heç kimin marağında ola bilməz. İkincisi, sən diqqət ayrılası, fikirlərinə adekvat reaksiya veriləsi bir siyasi fiqur deyilsən. Üçüncüsü isə, hər kəsə gözəl bəllidir ki, sosial şəbəkələrdə qışqır-bağırla, ağır sözlər işlətməklə təhqirə ilk olaraq sən başladın. Bu pis ənənənin əsasını məhz sən qoydun! Bu gün əgər kimsə sənə ağır sözlər deyirsə, bundan da inciməməlisən. Sosiallıqdır, beşi sənin məmurlarımızı söyüş, ağır sözlərlə təhqir etməyinə fikir verməsə, ikisi mütləq sənə adekvat cavab verəcəkdi. İndi durub “Obyektiv TV” adlı uydurma bir internet TV-yə müsahibə verərək söyüş kampaniyasını, guya ona qarşı ilk olaraq qarşı tərəfin başlatdığını iddia etməyin çox anormal görünür! Qısası, Orduxanın sosiallıqdakı fəaliyyəti göz qabağındadır, “taylı-tayını tapar” misalı kimi, onun da təmsil olunduğu söyüşcül dəstənin üzvləri elə Orduxandan geri qalmırlar. Məhəmməd Mirzəlidən tutmuş, digərlərinəcən hər kəs özünü mələk kimi göstərməyə çalışır. Amma yuxarıda da qeyd etdiyimiz kimi xalqın gözü tərəzidir. Xalq gözəl bilir ki, kim kimdir...
Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Ülviyyə Cabbarova Finlandiya səfiri ilə görüşüb
23.06.2019
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23.06.2019
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
22.06.2019
Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır
21.06.2019
Qondarma mühacirlərin aqressiyası azalmır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info