Xaçmazda komitə sədri vətəndaşları qəbul edib
Tarix: 12.08.2013 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Avqustun 12-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Xaçmazda vətəndaşları qəbul edib.
Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xaçmaz Ərazi İdarəsində keçirilən qəbulda bu rayondan, eləcə də Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, həmçinin komitənin digər fəaliyyət istiqamətinə aid olan məsələlər barədə müraciətləri dinlənilib.
Bəzi vətəndaşların müraciətləri yerindəcə qanuna müvafiq olaraq operativ surətdə həllini tapıb.
Qəbulda bir sıra vətəndaşlarla müvafiq izahat işləri aparılıb, onlara digər qurumlarla, o cümlədən bələdiyyələr, yerli icra hakimiyyəti orqanları ilə bağlı qeydiyyat üçün zəruri olan əlaqəli sənədlərin əldə edilməsinin vacibliyinə dair tövsiyələr verilib.
Qəbul zamanı bəzi müraciətlər qeydiyyata götürülüb, qanunauyğun şəkildə araşdırılaraq lazımi tədbirlərin görüləcəyi, bununla bağlı həmin vətəndaşlara operativ məlumat veriləcəyi bildirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info