Gennadi Zyuqanov: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda vətəndaş birliyi və sülh bərqərar oldu
Tarix: 12.06.2019 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Heydər Əliyev 1990-cı illərdə Azərbaycanda vətəndaş həmrəyliyinin və sülhün bərqərar olması üçün əlindən gələni edib və mən onu müasir Azərbaycan dövlətinin banisi hesab edirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov söyləyib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə şəxsən tanış idi. G.Zyuqanov qeyd edib ki, 1990-cı illərdə Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi qarşısında durduğu vaxtlarda Heydər Əliyevin Vətənə dönüşü çox mühüm əhəmiyyət kəsb etmişdi. O, bütün təbəqələrdən olan insanlarla şəxsən görüşürdü. Rus icmasının nümayəndələri ilə görüşündə ölkədə onların təhlükəsizliyinin təmin olunacağına şəxsən zəmanət verməklə, rusdilli əhalinin Azərbaycandan kütləvi şəkildə köçməsinin qarşısını almışdı. Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş birliyi və sülh bərqərar olmuşdu. Rusiyalı siyasətçi hazırda Azərbaycan dövlətinin rus dilinə olan qayğısını yüksək qiymətləndirib, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.10.2019
Azərbaycan paytaxtından dünyaya çox mühüm siyasi mesajlar ünvanlanır
23.10.2019
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfərə gəlib
23.10.2019
Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
23.10.2019
Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb
23.10.2019
Azərbaycan Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info