“Miqrantların sayına görə Ermənistan Gürcüstanı dörd dəfə qabaqlayır“
Tarix: 12.08.2013 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“Xalqımız bizdən qaçır”

Ermənistan iqtisadiyyatı artıq 5 ildir ki, tənəzzülə uğrayır. Bu barədə Levon Ter-Petrosyanın hakimiyyəti dövründə baş nazir olan Qrant Baqratyanın “Facebook” səhifəsində yazdığı xülasə şəklində olan materialda deyilir. Daha sonra Dünya Bankının 2008-2012-ci illər ərzində məlumatlarına əsasən o, xatırladır ki, Ermənistanda ÜDM 11 milyard 662 milyondan 9 milyard 910 milyon dollara qədər azalıb (enmə - 15.1%): "Amma hər şeydən təhlükəli nədir? 2008-ci ildə adambaşına düşən ÜDM-ə görə Ermənistan regionun 5 ölkəsinin arasında 4-cü olub: Türkiyə - 10379 dollar, Azərbaycan - 5575, İran - 4899, Ermənistan - 3917, Gürcüstan - 2920. 2012-ci ildə isə artıq 5-ci yerdə olub: Türkiyə - 10666 dollar, Azərbaycan - 7728, İran - 6816, Gürcüstan - 3508, Ermənistan - 3338. İndi siz başa düşürsünüz ki, mühacirət - xalqın qara nankorluğu və bədbinliyi deyil? O, iqtisadi vəziyyətin pisləşməsi ilə çox konkret əlaqəli olur. Təsadüfi deyil ki, 1000 nəfər əhaliyə düşən miqrantların sayına görə Gürcüstandakı vəziyyət Ermənistandakından 4 dəfə daha yaxşıdır. Azərbaycanda və Türkiyədə isə müsbət miqrasiya saldosu var. Biz - sondayıq, biz geridəyik, xalqımız bizdən qaçır, dünya isə bizdən bezib, tələb edir ki, biz evdə qalaq”. Qrant Baqratyan eyni zamanda qeyd edib: "Axı biz dərk etməliyik, niyə həmin DB Ermənistan haqqında belə biabırçı rəqəmlər dərc edir, buna baxmayaraq, zaman-zaman hansısa islahatlar haqqında da deyir. Mən başa düşdüm niyə elə edirlər. Axşamlar onlar öz rəislərinə zəng vururlar və deyirlər: "Burada köməksiz hökumət var: nə eləyirsə də, iqtisadiyyatda hər şey yenə də pisdir. Lap gözəl! Ölkə nə qədər zəif olarsa, o daha çox bizi dinləməli olacaq."



Elnarə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info