“Vətənə oğul olanlar” bədii-sənədli filmi nümayiş olunub
Tarix: 12.06.2019 | Saat: 21:40:00 | E-mail | Çapa göndər



İyunun 12-də Respublika Veteranlar Təşkilatında Aprel şəhidi əsgər Əlizaman İslamova həsr olunmuş “Vətənə oğul olanlar” bədii-sənədli filminin nümayişi keçirilib. Filmin ssenari müəllifi Mehriban Sadıqova, quruluşçu rejissoru isə Elman Ağamalıyevdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin 2 saylı bağçasının və Sumqayıt şəhərinin 35 nömrəli tam orta məktəbin şagirdləri Aprel şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və tamaşalar göstəriblər. Tamaşalardan sonra film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Milli Məclisin deputatı Adil Əliyev diqqətə çatdırıb ki, Əlizaman İslamov öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Bu gün bizlər şəhidlərimizi yad etməklə, onların döyüş yolunu gələcək nəsillərə çatdırmaqla xalqımızın igidliyini təbliğ edə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu artıra, işğal altındakı torpaqlarımızı qaytarmaq üçün qələbə əzmini gücləndirə bilərik.
Şəhidlərimizin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun cəbhədəki uğurlarından söz açan A.Əliyev bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladları heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Deputat Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısı göstərdiyini xüsusi vurğulayıb.
Şəhid Əlizaman İslamovun anası Hürnisə İslamova və digər şəhid anaları övladlarının Azərbaycan dövlətinin öz qəhrəmanlarına və şəhidlərinin xatirəsinə böyük hörmətlə yanaşdığını vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Prezident: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
23.10.2019
Ramiz Mehdiyev vəzifəsindən azad edildi
23.10.2019
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23.10.2019
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23.10.2019
“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info