“Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir”
Tarix: 12.08.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli-mənəvi dəyərlərinə sadiq, əyilməz, həm də tükənməz gücdür. Olduğun yerdən, zamandan, mühitdən, kimliyindən asılı olmayaraq dünyanın bütün xalqları üçün bu, eyni cür qəbul edilir.
Bu sözləri Yunanıstanda keçirilən Yay Olimpiya Məktəbinin iştirakçısı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü Şəbnəm Mustafayeva müsahibəsində deyib.
Bildiribki, Azərbaycan gəncliyi də ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar, Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi, gənclərimizin azərbaycançılıq ruhunda tərbiyə olunması və onların ictimai fəallığının artırılması üçün yaradılan şərait nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərlə yanaşı, dünyada ölkəmizi müxtəlif konfranslarda, tədbirlərdə, seminarlarda təmsil edən gənclərimiz Vətənin təbliği işini bir vətəndaşlıq borcu kimi qəbul edirlər.
Ş.Mustafayeva qeyd edibki, Heydər Əliyev Fondunun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Yay Olimpiya Məktəbində fəal gənc olaraq mühüm biliklərə yiyələndim. Tarixin, qədim Ellin mədəniyyətinin və Olimpiya Oyunlarının vətəni olan Yunanıstana səfər müddətində aldığımız məlumatlar və xüsusən də Beynəlxalq Olimpiya Akademiyasının direktoru Dionissis Gangas və digər rəsmi şəxslərlə fikir mübadiləsi bizim üçün əvəzedilməzdir. Bizə verilən bu fürsətə və göstərilən qayğıya görə dövlətimizə minnətdarıq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info