Vaşinqtonda Azərbaycanın Respublika Günü münasibəti ilə təntənəli ziyafət təşkil edilib
Tarix: 13.06.2019 | Saat: 08:12:00 | E-mail | Çapa göndər


Vaşinqtonun tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, təxminən min nəfərin qatıldığı ziyafətdə ABŞ Prezidentinin administrasiyası, Dövlət Departamenti və Pentaqon rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri, habelə Vaşinqtondakı diplomatik korpusun, düşüncə mərkəzlərinin, ABŞ-ın müxtəlif ştatlarından səfər etmiş ictimaiyyət nümayəndələri iştirak etdi.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Ədliyyə naziri Əbdülhamit Gül, habelə Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti iştirak edirdi.

Tədbirin əvvəlində tanınmış müğənni Devid Difranko Azərbaycan və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa etdi. Tədbirin açılışında çıxış edən səfir Elin Süleymanov 2019-cu ildə müsəlman şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü olduğunu, qısa müddət yaşamasına baxmayaraq Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikrini səsləndirən Azərbaycan diplomatı bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdi.
Səfir həmçinin Azərbaycan Diplomatik Xidmətinin 100-cü ildönümü ilə bağlı ölkəmizin bütün diplomatlarını təbrik etdi, ölkəmizin Prezidentinin rəhbərliyi altında diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğuladı.
Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini önə çəkdi. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin, E.Süleymanov Respublika Günü münasibətilə ABŞ prezidenti D.Tramp və dövlət katibi M.Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırlatdı.
Daha sonra ziyafətdə əsas natiq qismində çıxış edən və hal-hazırda ABŞ paytaxtında işgüzar səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk respublika olduğunu, bu Respublikanın irsi əsasında hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyin vurğuladı və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycanın bu günki nailiyyətləri ilə fəxr edə biləcəyinə dair ölkə başçımızın fikrini səsləndirdi. Hazırda Azərbaycanın ABŞ-ın etibarlı və strateji tərəfdaşı olduğunu qeyd edən H.Haciyev ölkəmizin əsgərlərinin beynəlxalq sülhə töhfə verdiklərini və amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət apardıqlarını vurğuladı. H.Hacıyev Azərbaycanın Diplomatik Xidmətin 100 illiyi ilə bağlı da öz təbriklərini çatdırdı.
ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper çıxış edərək ölkəmizi Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi ilə bağlı təbrik etdi. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyi həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirdi. L.Kuper ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək əzmini də ifadə etdi.
Daha sonra çıxış edən ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent 101 il bundan əvvəl Şərqin ilk Respublikasının Azərbaycan xalqı tərəfindən yaradıldığını vurğuladı, bu mütərəqqi dövlətin qadınlara seçki hüququ verdiyini xatırlatdı. O, Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik etdi. C.Kent ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq həyata keçirdiyini önə çəkərək ölkələrimiz arasında bir sıra sahələrdə aparılan əməkdaşlığı qeyd etdi. O, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün ölkəsinin əzmini ifadə etdi.
ABŞ milli qvardiyasının komandan müavini, üç ulduzlu general Daniel Hokanson çıxış edərək Azərbaycanla tərəfdaşlığın vacibliyini qeyd etdi, Pentaqonun, o cümlədən Oklahoma Milli Qvardiyası ilə aparılan fəaliyyətə toxundu. Eyni zamanda, Oklahoma ştatının qubernatoru 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatı səsləndirildi.
Tədbirdə ABŞ Konqresində Azərbaycanla Dostluq Qrupunun həmsədri Stiv Şabot çıxış edərək Azərbaycanı 28 May – Respublika Günü ilə bağlı təbrik etdi və ölkəmizin həyata keçirdiyi əhəmiyyətli rolunu vurğuladı. Bundan başqa, Kaliforniya ştatından konqresmen Dunkan Hanter Azərbaycanın Əfqanıstanda bəzi NATO müttəfiqlərindən daha çox əsgərinin olduğunu vurğulayaraq, ölkəmizi ABŞ-ın etibarlı tərəfdaşı olduğunu qeyd etdi və buna görə də Azərbaycan dövlətinə öz təşəkkürünü ifadə etdi.
Öz növbəsində, ABŞ-ın Dövlət Departamentinin anti-semitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Elan Kar Azərbaycanda heç bir zaman anti-semitizmin olmadığını bildirərək Azərbaycan kimi dövlətlə ABŞ-ın tərəfdaşlığından qürur duyduğunu və ölkəmizin nəinki regionda, hətta bütün dünyada nümunə rolunu oynadığını vurğuladı. Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri, ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisi Peter Has da Azərbaycan tərəfinə öz təbriklərini çatdırdı.
Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Kimberli Basset 2019-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.
Tədbirin rəsmi hissəsinin sonunda fəxri qonaqların iştirakı ilə Azərbaycanın şərəfinə badələr qaldırıldı. Bundan sonra qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edildi, eləcə də Azərbaycandan təşrif buyurmuş “Şur” musiqi qrupunun ifasında milli və dünya musiqi parçaları qonaqları heyran edib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb
17.10.2019
Müdafiə naziri Çinə səfər edəcək
17.10.2019
BŞBPİ 19 oktyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Müsavatda seçki bitdi, amma çəkişmə bitmədi...
17.10.2019
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info