Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək
Tarix: 13.06.2019 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru Erik Maskin UNEC-də olub. Ümumdünya Gömrük Təşkilatının dəvətilə Bakıda olan Erik Maskin səfər çərçivəsində UNEC-in rəhbərliyi və professor müəllim heyəti ilə görüşüb.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonağa universitet barədə ətraflı məlumat verilib. Erik Maskinə UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor, universitetdə iqtisadiyyatın müxtəlif sahələrinin aktual problemlərini araşdıran 30-a yaxın elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı universtetdə elmi tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, bu sahədə universitetə yaxından dəstək göstərə biləcəyini vurğulayıb.
Görüşdə birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. UNEC-də Erik Maskinin rəhbərliyi ilə elmi tədqiqat mərkəzinin yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda birgə tədqiqatların aparılması, konfrasların təşkili və alimin UNEC-in ingilis dilli elmi jurnalının redaksiya heyətinə üzvlüyü barədə fikir mübadiləsi aparılıb.
Sonra Nobel mükafatçısı UNEC-in professor-müəllim heyəti ilə görüşüb. E.Maskin Nobel mükafatını qazanmasına səbəb olan mexanizm dizaynı nəzəriyyəsinin əsaslarından danışıb. Nobel mükafatının əldə olunması istiqamətində təcrübələrini UNEC alimləri ilə bölüşüb. Görüşdə UNEC alimlərinin qloballaşmanın ölkə iqtisadiyyatına təsiri, biznes etikasının əhəmiyyəti, protektionizm siyasəti, iqtisadi inkişafın davamlılığının təmin edilməsində ölkələr üzərinə düşən əsas vəzifələr barədə sualları cavablandırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb
17.06.2019
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 23 medal qazanıblar
17.06.2019
Yeni qiymətləndirmə modelləri tətbiq olunur
16.06.2019
Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb
16.06.2019
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info