Belarus İkinci Avropa Oyunlarının açılışına hazırdır - VİDEO
Tarix: 13.06.2019 | Saat: 13:03:00 | E-mail | Çapa göndər




Xəbər verildiyi kimi, İkinci Avropa Oyunları iyunun 21-30-da Belarus Respublikasında keçiriləcək. İkinci Avropa Oyunlarının rəsmi saytında (minsk2019.by/ru) verilən məlumata görə, açılış və bağlanış mərasimləri Minsk şəhərindəki “Dinamo” stadionunda baş tutacaq. Bütün dünyadan milyonlarla insan televiziya vasitəsilə canlı olaraq açılışı izləyəcək. Səhnədə dünya ulduzları çıxış edəcək.
Qeyd edək ki, “Minsk-Arena” isə gimnastika üzrə yarışların məkanı kimi təsdiq edilib. 15 min azarkeş üçün nəzərdə tutulan çoxfunksional meydançada idman gimnastikası və bədii gimnastika, akrobatika, batutda tullanma yarışları olacaq. Arena 2013-cü il dünya çempionatında istifadə edilən velodromun da daxil olduğu üç binadan ibarət kompleksdir. Burada, həmçinin trekdə yarış və badminton üzrə yarışların təşkili nəzərdə tutulur.
Şose yarışları şəhərin küçələrində keçiriləcək, Minskin mərkəzində 2 min tamaşaçı tutumuna malik “Palova-Arena” 3X3 basketbol yarışlarına ev sahibliyi edəcək.
Boks turniri “Uruçye” İdman sarayında, sərbəst, yunan-Roma, qadın güləşləri və sambo – “Çijovka-Arena”da təşkil olunacaq. Sprinter kanoesində yarışlar “Zaslavle” avarçəkmə kanalında, karate və cüdo – İdman Sarayında, çimərlik futbolu və çimərlik voleybolu – Olimpiya İdman Kompleksində, atıcılıq – “Sporting Club”da, stolüstü tennis – “Falcon Club”da, kamandan oxatma – “Minsk” futbol klubunun meydanlarında keçiriləcək.
Həmçinin oyunların proqramına daxil edilən 15 idman növündən 11-nin “Olimpiada-2020”-yə lisenziya xarakteri daşıdığı təsdiqlənib. Gimnastika və güləş, 3X3 basketbol, sambo və çimərlik futbolu olimpiya proqramına daxil olunmadığı üçün istisna təşkil edir.
İdmançılar tələbə şəhərciyində yerləşdiriləcək. İkinci Avropa Oyunlarında 50 ölkədən 4 min idmançı və 2 min rəsmi şəxs iştirak edəcək. “Minsk-2019” işçi qrupu Oyunların şüarını “Bright Year, Bright You” (“Əlvan il, Əlvan sən”) kimi təsdiq edib. “Minsk-2019”un təşkili üçün 17 000-dən çox könüllü səfərbər olub. Onların arasında 100-dən çox azərbaycanlı da var. Onu da əlavə edək ki, Azərbaycan İkinci Avropa Oyunlarında 80 idmançı ilə təmsil olunacaq.
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info