İsveç Krallığının “Partilletidning” qəzeti Azərbaycan əsilli futbolçudan yazıb
Tarix: 13.06.2019 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Bu gün İsveç Krallığının Partille və Harryda bələdiyyələrində 17 min tirajla çap olunan “Partilletidning” qəzetində Azərbaycan əsilli 16 yaşlı futbolçumuz Ayxan Cabbarovla müsahibə dərc olunub. Qeyd edək ki, hər iki bələdiyyədə 80 min insan yaşayır.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Ayxan Cabbarov Azərbaycanda anadan olub. Hal-hazırda İsveç Krallığının Partille bələdiyyəsində yaşayır. Futbol karyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir.
Ayxanın bu il Azərbaycan gənclər üzrə milli komandasına rəsmi dəvət alması öz komandasında da xoş qarşılanıb. Ayxan müsahibəsində Türkiyənin “Beşiktaş” klubu tərəfindən onun oyununa baxış keçirilməsi üçün Türkiyəyə dəvət edildiyini bildirib.
Xaricdə yaşayan soydaşlarımızın nailiyyətləri yerli mətbuatda marağa səbəb olması çox qürurvericidir.
Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq olar.
https://www.partilletidning.se/2019/06/48471/?fbclid=IwAR1APr7DqWdFyLbQbTB6je6ZCKcLKtK-bNFcbhiXPew6vi7zpmunn8hC78w




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub
23.06.2019
Akrobatika gimnastlarımız “Minsk 2019“da üçüncü medalı qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info