İnternet resurslarında milli maraqlar: Sumqayıtda müzakirə edildi
Tarix: 13.06.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin növbəti tədbiri Sumqayıtda keçirildi
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “İnternet informasiya resurslarında milli maraqlar və vətəndaş təhlükəsizliyinin qorunması” layihəsi çərçivəsində növbəti ictimai müzakirəni Sumqayıt şəhərində keçirib.
Sumqayıt şəhər Tarix Muzeyində baş tutan ictimai müzakirədə rayon icra hakimiyyətinin nümayəndəsi, ictimaiyyətin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib. İctimai müzakirədə vətəndaş təhlükəsizliyi – fərdi hüquqlar və o hüquqlara qarşı qəsdin nəticəsində yaranan cəzalar, onların yaratdığı məhdudiyyətlər haqqında, internet resurslarının imkanları və bu imkanlardan istifadə qaydalarından söz açılıb.
Təşkilatın sədri Rəfail Becanov tədbiri açaraq həyata keçirilən layihənin məqsədindən və müzakirəyə çıxarılan mövzunun əhəmiyyətindən danışıb: “Reallıqdır ki, hazırda müxtəlif internet platformalarına nəzarət imkanları mümkün deyil. Bu platformalarda sui-istifadə halları artmaqda davam edir. Fərdi maraqlar ictimai maraqları, o cümlədən toplumun və vətəndaşın təhlükəsizliyini üstələyir. Bu isə ölkənin informasiya təhlükəsizliyinə və milli maraqlara zərbə vurur. Hesab edirik ki, vətəndaş cəmiyyətinin əsas fəaliyyətlərindən biri də bu kimi hallara qarşı ictimai maarifləndirmə aparmaq və milli maraqların müdafiəsi, təşəbbüslərin dəstəklənməsində və ictimai müqavimətin təşkil olunmasında gənclərin səfərbərliyinə çalışmaqdır”.
Layihənin eksperti, jurnalist Vilayət Muxtar isə çıxışında deyib ki, internetdən sui-istifadə etməklə, milli maraqlara, ölkənin imicinə zərər vurmaq cəhdi yolverilməzdir: “Xüsusən xarici müdaxilə daha aktualdır. Bu gün təkcə "İnstaqram", “Facebook” və "YouTube"dən istifadə etməklə ölkə daxilində 4 milyondan, dünyada isə 100 milyonlarla insana informasiya ötürmək mümkündür. Təbii ki, burada diqqət edilməsi gərəkən önəmli məsələ həmin informasiyanın doğruluq payının nə qədər olması, ölkənin təhlükəsizliyinə vurduğu zərbə, milli maraqlara uyğun olub-olmaması və ictimai fikrinin hansı istiqamətə yönləndirilməsidir”.
Layihənin digər eksperti, AMEA-nın əməkdaşı Mehriban Sadıqova da çıxış edərək sosial şəbəkələrdə yayılan yanlış informasiyaların ictimai fikrə təsirindən danışıb. O, qeyd edib ki, xüsusi diqqət ayrılması vacib olduğu məsələlərdən biri də sosial şəbəkələrdə yayılan yalan, yanlış informasiyaların ictimai fikrə təsirini minimuma endirməkdir. Bunun üçün vətəndaş cəmiyyətinin bu məsələdə iştirakı vacibdir.
İctimai müzakirədə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov da çıxış edərək ölkənin tale yüklü məsələlərinin sosial şəbəkələrdə yetərincə təbliğ olunmadığını deyib:
“Azərbaycanın torpaqlarının 20 faizi işğal altında olduğu bir zamanda, Qarabağ probleminin dünyaya çatdırılması və ədalətli həlli üçün internet resurslarından istifadə imkanları varkən, milli təşəbbüslərlə çıxış etmək, informasiya siyasətinə dəstək vermək əvəzinə bu resurslardan milli maraqların əleyhinə istifadə edilməsi, toplumun və vətəndaşın təhlükəsizliyini yönələn fəaliyyət yolverilməzdir”.
Daha sonra Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri Səbinə Kərimova və digər QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri çıxış edərək mövzu ətrafında öz fikirlərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info