Putin: “MDB-nin informasiya məkanı açıq olmalıdır”
Tarix: 13.06.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Burada müxtəlif məhdudiyyətlərin sayı minimuma endirilməlidir. Mövcud məhdudiyyətlər yalnız təhlükəsizlik mülahizələri, mənəviyyatın, əxlaqın hamılıqla qəbul edilmiş elementləri ilə bağlı olmalıdır”

Rusiya Prezidenti Vladimir Putinin fikrincə, MDB-nin ümumi informasiya məkanı açıq olmalı, burada məhdudiyyətlər minimuma endirilməlidir. V.Putin bu fikri “Mir” teleradio şirkətinə müsahibəsində söyləyib. Rusiya dövlətinin başçısının fikrincə, MDB-nin informasiya məkanı açıq olmalıdır. “Burada müxtəlif məhdudiyyətlərin sayı minimuma endirilməlidir. Mövcud məhdudiyyətlər yalnız təhlükəsizlik mülahizələri, mənəviyyatın, əxlaqın hamılıqla qəbul edilmiş elementləri ilə bağlı olmalıdır” - deyən Prezident daha sonra vurğulayıb: “Bütövlükdə, bu informasiya məkanı maksimum dərəcədə açıq olmalıdır ki, bütün informasiya mənbələri qorunsun, onlara hörmət bəslənilsin və onlar səmərəli şəkildə işləyə bilsinlər. Onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşıdır”. Onun sözlərinə görə, informasiya yayılmasının azadlığı onu yayanların maraqlarına deyil, bu informasiyadan istifadə edən vətəndaşların mənafelərinə xidmət edir. RF Prezidenti deyib: “Çox ümid edirəm ki, materialın təqdimatı maraqlı və məzmunlu olacaq, ölkələrimizin bütün vətəndaşları bu materiallardan istifadə edərək bir-birini daha yaxşı anlaya, qonşularda baş verən hadisələri hiss edə, bizim dövlətlərdə tətbiq olunan ən yaxşı praktikaları özlərində tətbiq edə biləcəklər”.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info