Azərbaycan Avropanı geniş Avrasiya məkanı ilə birləşdirən mühüm nəqliyyat dəhlizidir
Tarix: 13.06.2019 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han bu gün iştirak etdikləri V Azərbaycan-Avropa İttifaqı Biznes Forumuna toxunaraq, buraya xeyli sayda iştirakçının gəlməsini bu tədbirə verilən önəm kimi dəyərləndirdi və Forum çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı çox səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər sahələrdə nailiyyətlər əldə edildiyini vurğulayaraq, bütün bunların ölkənin davamlı iqtisadi inkişafı üçün yaxşı əsas yaratdığını dedi. Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirdi və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğuladı. Qonaq onu da qeyd etdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların yekunlaşması əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verəcək. O, Azərbaycanın Avropa İttifaqı üçün enerji sahəsində əsas strateji tərəfdaş olduğunu bildirdi və Cənub Qaz Dəhlizi layihəsinin qısa zamanda yekunlaşacağına əminliyini ifadə etdi. Komissar Yohanes Han, həmçinin qeyd etdi ki, Azərbaycan Avropanı geniş Avrasiya məkanı ilə birləşdirən mühüm nəqliyyat dəhlizidir və bu sahədə saziş və layihələrin imzalanması və həyata keçirilməsinin tərəfdarıdır. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də vacibliyi vurğulandı. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info