«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”
Tarix: 13.06.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


“Amma bütün bunların qarşısını almaqda bizim yeni hökumətimiz hələ də acizdir”

Ermənilər yenidən qorxu içindədirlər. Təbii ki, xainin xoflu olması adi haldır. Məsələ bundadır ki, son vaxtlar erməniləri qorxudan ABŞ-ın Ermənistana hər hansı bir maraq göstərməməsi ilə bağlıdır. Maraqlıdır ki, özlərinə təskinlik vermək üçün hələ ki, elə bir əsas tapa bilməyən ermənilər yenidən xırda təfərrüatlara baş vurmaq məcburiyyətindədirlər.
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev başda olmaqla, Azərbaycan hökumətinin nümayəndə heyətinin bu günlərdə ABŞ-da keçirdiyi rəsmi görüşlərə diqqət çəkən ermənilərin «ArmenianReport» saytı bunu Ermənistan üçün xoşagəlməz hal kimi dəyərləndirir: «…Bir çox hallarda, biz Azərbaycanın özünü Birləşmiş Ştatların tərəfdaşı kimi təqdim etmək cəhdlərinə gülürdük. Amma belə görünür ki, vəziyyət heç də biz düşündüyümüz kimi deyil. Artıq ABŞ, sözün həqiqi mənasında, Azərbaycana diqqət yetirməkdədir».
Sayt daha sonra yazır: « Təəssüf ki, ölkəmizin indiki rəhbərliyi öz şəxsi problemlərini həll etməklə və rəqiblərilə mübarizə apararaq, İranla yaranmış qaçılmaz müharibə şəraitində Ermənistanın ABŞ-ın gözündə əhəmiyyətini artırmaq üçün yaranmış fürsətdən yararlana bilmədi. Halbuki məqsədli bir yanaşma ilə İrəvan bölgədə gücün bütün tarazlığını yenidən düzəldə bilərdi. Amma nə hacət ki, fürsət əldən qaçırıldı». Haşiyə çıxaraq qeyd edilməlidir ki, burada təəccüblü bir şey yoxdur. Çünki əslinə baxanda, Ermənistan, onun rəhbərliyi üçün dost, tərəfdaş məfhumu yoxdur. Bu ölkə həmişə daha güclü olan ölkənin qanadı altına sığınmağa öyrəncəlidir. Bunu son günlər özlərini Avropaya xoş göstərmək üçün Rusiya əleyhinə erməni KİV-ərində yer alan yazılardan da sezmək olar.
Azərbaycanın son illər Çin, ABŞ və Avropa İttifaqı ilə ilə yaxşı münasibətlər qurduğuna diqqət çəkən erməni saytı açıq şəkildə bunları Ermənistanın həzm edə bilmədiyini etiraf edir: «Bundan başqa, Azərbaycan Rusiya, Qazaxıstan və Belarusla - KTMT və Avrasiya İqtisadi Birliyindəki müttəfiqlərimizlə çox yaxın əlaqələr qurmağa müvəffəq olub. Bundan əlavə, biz ötən gün Qəbələdə baş verənləri görürük. Belə ki, Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli danışıqlar apararaq, 2019-cu il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzaladı. Qeyd edilməlidir ki, İzoriya Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin ənənəvi üçtərəfli görüşündə iştirak etmək üçün məhz Qəbələyə gəlmişdi. Gördüyünüz kimi, Azərbaycan tərəfi bütün istiqamətlərdə fəaliyyət göstərir. Təbii ki, biz burada Bakının Təl-Əvivlə əlaqələrini də unutmamalıyıq. Amma bütün bunların qarşısını almaqda bizim yeni hökumətimiz hələ də acizdir. Günü bu gün də böyük ideallardan dəm vuran Nikol Paşinyan hakimiyyətdə olduğu bir ildə hələ ki, ABŞ-ın Dövlət katibi ilə görüşə bilməyib.


“Azərbaycan Rusiya, Qazaxıstan və Belarusla - KTMT və Avrasiya İqtisadi Birliyindəki müttəfiqlərimizlə çox yaxın əlaqələr qurmağa müvəffəq olub. Bundan əlavə, biz ötən gün Qəbələdə baş verənləri gördük. Belə ki, Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla ikitərəfli danışıqlar apararaq, 2019-cu il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzaladı. Qeyd edilməlidir ki, İzoria Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin ənənəvi üçtərəfli görüşündə iştirak etmək üçün məhz Qəbələyə gəlmişdi. Gördüyünüz kimi, Azərbaycan tərəfi bütün istiqamətlərdə fəaliyyət göstərir. Təbii ki, biz burada Bakının Təl-Əvivlə əlaqələrini də unutmamalıyıq”



Bundan əlavə, Ermənistanın digər dövlət məmurlarının da ABŞ səfərləri hələ ki, elə də bir effekt verməyib. Artıq İrəvanda Birləşmiş Ştatların Ermənistanı heç bir maraq göstərilməyən bir ölkə hesab etdiyi fikri formalaşmaqdadır. Amma bu başqa cür də ola bilərdi. Axı Ermənistandakı məxməri inqilabın qələbəsi demokratik qüvvələrin hakimiyyətə gəlməsi üçün böyük perspektivlər açmışdı. Lakin erməni hakimiyyəti hələ ki, bütün bunlardan yararlana bilməyib və təəssüflər olsün ki, gələcəkdə yararlana bələcəyi də sual altındadır».
Qeyd edək ki, son günlər Fransa məhkəmələrinin bəzi fransız məmurlarının qəbul etdiyi memorandumları ləğv etdiyinə diqqət çəkən erməni saytı bunu Ermənistan üçün olduqca pis bir siqnal kimi dəyərləndirir: «Belə görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik. Əslində bu, bizim üçün böyük bir itki ola bilər. Ona görə də biz öz aramızda günahkar axtarmaq əvəzinə, hakimiyyətə kimi gətirdiyimizə diqqət ayırmalıyıq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info