Saxta “İvanovka” məhsulları istehsalçısı aşkarlanıb
Tarix: 12.08.2013 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən edilib.
Nazirlikdən verilən məlumata görə, fiziki şəxs tərəfindən 18%-li şorun və 6%-li qatığın gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə ayran, dovğa və xama məhsullarının saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkar edilib. Bundan başqa, istehsal olunmuş süd məhsullarının İsmayıllı rayonunun İvanovka kəndi ilə bağlılığı olmadığı halda, həmin məhsulların markalanmasında qanunsuz olaraq “İvanovka” coğrafi adından istifadə edildiyi müəyyən edilib. Haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Həsənov Dəyanət Cəfər oğlu barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info