Avstriya paytaxtında “düşünən” işıqforlar quraşdırılacaq
Tarix: 14.06.2019 | Saat: 06:56:00 | E-mail | Çapa göndər



Bu ilin payızından etibarən Avstriyanın paytaxtı Vyana şəhərində “düşünən” işıqforların tətbiqinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, kameralar və proqram təminatı ilə təchiz olunmuş işıqforlar yaxınlıqda hərəkət edən piyadaların rəftarını analiz edə biləcək. Kompüter proqramı səkkiz metrlik radiusda piyadaların hərəkət istiqaməti, sürəti və yeriş tərzi əsasında işıqforun fəaliyyətini müstəqil şəkildə tənzimləyəcək. Eyni zamanda, piyadaların hərəkətinin gur olduğu saatlarda işıqforlar müvafiq reaksiya verə biləcək. Bununla da avtomobil-piyada hərəkətinin daha yaxşı tənzimlənəcəyinə, sistemin yolu keçmək istəyən piyada olmadıqda avtomobillərin hərəkəti üçün daha çox vaxt ayıracağına, yekunda isə nəqliyyatın hərəkətinin təhlükəsizliyinin artacağına ümid edilir.
“Wien Leuchtet” (Vyana işıq saçır) şirkətinin təmsilçisi Harald Bekerti bildirib ki, yeni işıqforlar artıq bir neçə ildən bəridir Vyanada sınaqdan çıxarılır və sistem mütəmadi olaraq inkişaf etdirilir. İntellektual işıqfor sistemi Qrats Universitetinin bir qrup alimi tərəfindən hazırlanıb.
H. Bekerti deyib ki, hazırda sistemin yanlış reaksiya göstərməməsi üçün işlər görülür. Belə ki, işıqfora yaxınlaşan insanın yolu keçmək istəməsi və ya sadəcə olaraq onun yanı ilə hərəkət etməsi kompüter proqramı tərəfindən daha dəqiq analiz edilməlidir. Bununla da gələcəkdə müstəqil fəaliyyət göstərməli olan işıqforların nəqliyyatda xaos yaratma ehtimalı aradan qalxmalıdır.
Sentyabr ayından başlayaraq şəhərin bir neçə mühüm yol kəsişməsində quraşdırılacaq yeni sistemin sınaq mərhələsindən sonra şəhərin bütün ərazisində tətbiqi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info