Yeni zelandiyalı terrorçu məscidlərə hücuma görə özünü təqsirli bilməyib
Tarix: 14.06.2019 | Saat: 09:31:00 | E-mail | Çapa göndər



Yeni Zelandiyada iki məscidə edilən silahlı hücumda təqsirləndirilən Avstraliya vətəndaşı Brenton Tarrant günahkar olmadığını bildirib.

AZƏRTAC Stuff portalına istinadla xəbər verir ki, həmin hadisə ilə əlaqədar məhkəmə iclası 2020-ci il mayın 4-də başlayacaq.
Xüsusi rejimli həbsxanada birnəfərlik kamerada saxlanan B.Tarrant videoəlaqə vasitəsilə məhkəməyə qatılıb. Onun günahsız olması barədə bəyanatını isə cinayətkarın vəkilləri elan edib.
B.Tarrant 51 nəfərin qətlində və 40 nəfərə qarşı terror hücumunda təqsirli bilinir.
Hakim B.Tarrantın psixi sağlamlığının onun məhkəmə qarşısına çıxmasına imkan verdiyini bildirib.
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə edilən silahlı hücum nəticəsində 51 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bunu terror aktı adlandırıb. Hadisə ilə əlaqədar 28 yaşlı B.Tarrant saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Samoada qızılca səbəbindən məktəblər bağlanıb
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib
07.12.2019
Qar yağacaq, yollar buz bağlayacaq - xəbərdarlıq
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info