Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
Tarix: 14.06.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


12 İyun Rusiya Günü Krasnoyarskdakı bir çox ölkələrlə yanaşı, Azərbaycan diaspor tərəfindən də geniş şəkildə qeyd olunub. Belə ki, bayram münasibətilə Krasnoyarskda yaşayan müxtəlif xalqların nümayəndələrinə tanıtım üçün park ayrılıb. Hər bir xalqın mümayəndələri onlar üçün ayrılmış meydançada öz tarixlərini, mədəniyyətlərini və s. tanıdıblar. Krasnoyarskdakı Azərbaycan diasporu da bu baxımdan fəallıq göstərib. Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti”nin rəhbərliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk şöbəsinin fəalları tədbirdə iştirak ediblər.
Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun dəstəyi ilə parkda yaradılmış Azərbaycan Evində Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, musiqi alətləri və s. ilə bağlı suvenirlər nümayiş edilib və təqdimatlar keçirilb.
Rusiyanın Günü münasibətilə Krasnoyarsk və Kansk sakinləri üçün Səadət Qarayevanın yaradıcısı və direktoru olduğu "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblının bayram konsert proqramı keçirib. Aqil Cəfərovun bədii rəhbərliyi ilə ansambl üzvləri tərəfindən tamaşaçılara “Şələqoy”, “Yallı”, “Qaytağı”, “Leylim”, “Çoban rəqsi”, “İnnabı” və s. milli Azərbaycan rəqsləri ifa edilib. İstedadlı müğənni Gülya Qocayeva Müslüm Maqomayevin "Möhtəşəm əbədilik", "Azərbaycan" və müasir ifaçıların pop mahnılarını ifa edən vokal çıxışları səsləndirib. Bütün çıxışlar tamaşaçılar tərəfindən maraqla izlənilib və yüksək səviyyədə alqışlanıb.
Qeyd edək ki, tədbir “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Kansk nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Paşinyanın pul dövriyyəsinin artması barədə dedikləri şübhəlidir”
21.01.2020
Lavrov və Şoyqu yeni hökumətdə əvvəlki vəzifələrini davam etdirəcəklər
21.01.2020
Rusiyada yeni hökumətin tərkibi bəlli olub
21.01.2020
“Past”: “2020-ci il iqtisadi baxımdan Ermənistan üçün çətin olacaq”
21.01.2020
Özbəkistənda hökumət istefa verdi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info