“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
Tarix: 14.06.2019 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Ermənistanın ABŞ-dan maliyyə yardımı diləndiyi ərəfədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin sabiq prezident Robert Koçaryanı ofisində ziyarət etməsi, erməni mətbuatı tərəfindən Moskvanın İrəvana qarşı apardığı “hibrid müharibə”nin tərkib hissəsi kimi dəyərləndirilb. “Rusiya səfirinin Koçaryanı ziyarət etməsi, bir daha Kremlin ona göstərdiyi misilsiz dəstəkdən xəbər verir. Bu, eyni zamanda, dolayı yolla da olsa, Rusiyanın Ermənistanda məhkəmə islahatına mənfi münasibətini ifadə edir. Vaşinqton və Brüssel isə əksinə, İrəvanı islahatları həyata keçirmək və onları sona yetirmək məsələsində dəstəkləyir. Moskva ilə Qərb paytaxtlarının İrəvana göstərdiyi münasibət fərqlidir”- deyə, “1in.am” saytı yazıb. Erməni saytı daha sonra qeyd edir: “Dünənədək Ermənistanda mövcud olan korrupsiyalı məhkəmə sistemi Rusiyanın Ermənistanda ümumi təsir alətindən biri idi. Kreml məhz bu yolla Ermənistanın əleyhinə “hibrid müharibə” aparırdı. Amma rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”. Saytın yazdığına görə, Paşinyan erməni inqilabının Ermənistanın xarici siyasət vektoruna təsir etmədiyini bəyan etsə də, aydındır ki, ötən ilin hadisələri bunu təkzib edir. Bu isə Rusiyanın Ermənistana münasibətini daha da sərtləşdirəcək.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar
22.10.2019
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22.10.2019
Ermənistanda müəllimlər də işsizlər cərgəsinə qoşulublar
22.10.2019
Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info