ALDP Rəsul Quliyevin məktubunda adının hallanmasını pislədi
Tarix: 12.08.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Fuad Əliyev: “Milli şura” yaranandan
sonra ACP ilə yollarımız ayrılıb”


Ukraynanın “Kievskaya Xronika” qəzetinin Azərbaycanın eks-spikeri, müxalifət lideri Rəsul Quliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı iddia olunan müraciətin fotolarını yayması müxalifət arasında yeni qalmaqala yol açıb. Qeyd edək ki, müraciətin XİN rəhbərinə cari ilin iyunun 17-də göndərildiyi qeyd olunub. Həmin məktubda eks-spiker yazıb ki, guya görüşdə Azırbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev də iştirak etmək istəyir.
Xatırladaq ki, R.Quliyev açıqlamasında Sergey Lavrova belə bir müraciətdə bulunmadığını israrla qeyd edib. Bildirilib ki, bu sənədlər saxtadır, ona aid deyil:
“Bu qəzet guya iyunda Sergey Lavrova və səfirə yazdığım məktubların nüsxələrini dərc edib. Bir daha qeyd edirəm bu məktublar montaj edilib. Ancaq paralel olaraq indiyə qədər dəfələrlə xarici ölkələrin başçılarına , ABŞ, Avropa ölkələri və o cümlədən Rusiya Federasiyasının liderlərinə çoxsaylı məktublar yazmışam”.
ALDP sədri F.Əliyev isə “Palitra”ya verdiyi açıqlamasında bildirib ki, bu məsələnin ortaya indi atılması hansısa müxalifət daxilində təxribatın yaranmasına hesablanıb: “O ki, qaldı mənim adımın həmin məktubda hallanmasına, deyə bilərəm ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradılanda məni Avropa üzrə nümayəndə kimi seçmişdilər. Avropaya, ABŞ-a səfərlərim olub. Ötən ilin sentyabrından sonra bu qurum öz fəaliyyətini dayandırıb. Və bu gün də Rəsul Quliyevin lideri olduğu ACP “milli şura”da təmsil olunur. “Milli şura” yaranandan sonra bizim ACP ilə yollarımız ayrıldı. Çünki ACP bu qurumun üzvü oldu və oradan seçkilərə qatılmaq qərarı verdi. ALDP isə müstəqil faaliyyət göstərir və öz namizədi kimi prezident seçkilərində iştirak edir. Bu necə ola bilər ki, partiyalar ayrı-ayrılıqda fəaliyyət göstərir və Rəsul Quliyev iyun ayında “görüş” istəyir və mənim adımı orada yazır? Bu məntiqsizdir. Bunu seçki öncəsi mənə qarşı təxribat kimi də qiymətləndirirəm. Amma bu planın müəllifinin məqsədinə çata bilməyəcəyini indidən söyləyə bilərəm”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info