Tel-Əbyad şəhərinin 450 nəfər sakini qətlə yetirilib
Tarix: 12.08.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Tel-Əbyad şəhərində girov götürülmüş, 120-si uşaq, 330-u qadın və qoca olmaqla 450 kürd mənşəli sakini edam edilib.
İranın “Əl-Aləm” telekanalının məlumatına görə, qətlə yetirilən şəxslərin hamısı əvvəllər Azad Suriya Ordusunun tərkibində olan “kürd briqadası”nın döyüşçülərinin ailə üzvləridilər. Lakin kürdlərin yığcam yaşadıqları Əl Hasika və Rakka əyalətlərində islamçılarla silahlı münaqişə başlandıqdan sonra onlar kürd özünümüdafiə dəstələrinin tərəfinə keçiblər.
Hökumət və müxalifət KİV-ləri hələlik qətliam barədə xəbəri təsdiqləməyiblər.
“Suriya əl-En” xəbər portalı qeyd edib ki, girovları edam etməklə “Əl Qaidə” silahlıları “son həftələr ərzində yaşanan məğlubiyyətlərə görə” kürdlərdən qisas alıblar.
Xəbərdə Suriyanın Latakiya vilayətinin şimalında ələvilər icmasının şeyxi Bədrəddin Qəzzalın girov götürüldüyü bildirilib. Bundan əlavə, ələvilər icmasının üzvü olan 100-dən çox qadın və uşağın silahlılar tərəfindən girov götürüldüyü də qeyd olunub.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd də ələvilər icmasının üzvüdür.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info