Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilir
Tarix: 15.06.2019 | Saat: 13:02:00 | E-mail | Çapa göndər



Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun - Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibb mütəxəssisləri - Türkiyənin Koç Universiteti Xəstəxanasının professoru Çil Barbaros Erhan, dosent Aslan Fatih, Rusiyanın N.N.Petrov adına Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko bu sahədə ən son elmi və praktiki təcrübələrini bölüşəcəklər. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunacaq və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa yayımlanacaq.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

Konfransı açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarımı çatdırıb. O, onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, konfransın əsas məqsədi tədbir iştirakçılarına inkişafda olan Azərbaycan səhiyyəsinin uğurlarından bəhs etmək, Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə Şöbəsində icra olunan diaqnostik yeniliklər, invaziv müdaxilələr barədə məlumat verməkdir.
Konfransda Ruslan Məmmədovun “Endoskopik ultrasəs müayinəsinin günümüzdə aktuallığı”, Gülüstan Babayevanın “Xroniki pankreatitlərin diaqnostikasında yeniliklər”, Aslan Fatihin “Advanced Endoscopy- ESD, STER, POEM, POET”, Çil Barbaros Erhanın “Hepatosellular karsinomada transarterial lokoregional müalicələr”, Oleq Tkaçenkonun “Submukozal tunel endoskopik rezeksiya, anastomoz çatmamazlığı zamanı endoskopik yanaşma”, Eldar Quliyevin “MOM-də qaraciyər törəmələrində invaziv müalicə taktikaları”, Cavid Əhmədovun “Qastrik varikoz genişlənmələrdə invaziv radiologiyanın yeri”, Ruslan Əliyevin “Uşaqlıq qanaxmalarında invaziv müdaxilələrin rolu”, Elgün Həziyevin “Onkoloji xəstələrdə kreatinin yüksəlməsinə yanaşma” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 8 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb
23.02.2020
İranda korovavirus qurbanlarının sayı 5 nǝfǝrǝ çatıb
22.02.2020
Prezident Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb - YENİLƏNİB
22.02.2020
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb - YENİLƏNİB
22.02.2020
Neftçalanın sabiq icra başçısı və digərləri barəsində həbs qətimkan tədbiri seçilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info