Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
Tarix: 15.06.2019 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiyanın kiçik və orta biznes (KOB) subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində təşkil olunmuş dəyirmi masada Azərbaycan və Rusiya arasında xüsusilə sərhədyanı bölgələrdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları, KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib.

KOBİA və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada Dağıstanın İqtisadiyyat və ərazi inkişaf nazirinin müavini Hacıamin Ramaldanov, "Dağıstanın İnkişafı Korporasiyası" ASC-nin baş direktoru vəzifəsini icra edən Rinat Turabov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və “Binə Aqro” MMC-nin nümayəndələri, eləcə də Azərbaycan və Rusiya tərəfindən sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın inkişafının Azərbaycan və Rusiya üçün prioritet olduğunu, hər iki ölkənin iqtisadiyyatının inkişafında KOB-ların rolunun artdığını və sahibkarların bir sıra dəstək mexanizmlərindən yararlandığını qeyd edib. Bildirilib ki, KOBİA kiçik və orta sahibkarlar arasında sərhədyanı əməkdaşlığın genişləndirilməsində böyük potensial görür və yerli şirkətlər bu sahədə əməkdaşlığa təşviq olunur.
Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman Rusiyada kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və dəstək tədbirləri, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq imkanları barədə danışıb, sərhədyanı əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Dəyirmi masada Azərbaycan və Rusiyanın KOB subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair bir sıra təkliflər səsləndirilib, qarşılıqlı biznes missiyaların təşkili barədə təklif sahibkarlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, dəyirmi masa 2018-ci ildə KOBİA və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası” arasında imzalanmış Anlaşma Memorandumu və Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası məqsədilə təşkil edilib. İlk belə dəyirmi masa 2018-ci ildə Bakıda tə




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info